Zada

Zada - türk mifologiyasında külək tanrısı. Yada Xan, Zada Xan və monqolca Zasa Xan olaraq xatırlanar. Küləklər və fırtınalar onun əmrindədir. 13 küləyin kəsişdiyi yerdə yaşayır. Yağış yağdırar, fırtınalar əsdirər. Yada Daşının sahibi və hakimidir. Küləklərin üzərinə bir ata minər kimi minib, səfərlər edər. İstədiyi yerə beləcə bir anda çatar. Qəhvəyi bir atı vardır, bu atın şahin qanadları var. Onunla birlikdə küləkləri sürər. Monqollara görə bu Tanrı buğa qılığına girər. Yada daşı təbiət hadisələrini idarə ədəbilən, xüsusilə də yağış yağdıra bilən əfsunlu bir daşdır və qamların (şamanların) istifadə edə bilməsi üçün yer üzünə Zada Xan tərəfindən göndərilir.

Zada Daşı[redaktə | mənbəni redaktə et]

Yada Daşı (Zada Daşı), türk xalq inancında yağış yağdıran cadu daşıdır. Zada Xanın bu daşın qoruyucusu olduğuna inanılar. Bu daşı əlinə keçirən istədiyi kimi yağış və qar yağdırılabilir, hava hadisələrinə təsir edilə bilər. Yağış, qar və don gətirə bilər. Yumruq böyüklüyündə və tünd rənglidir. Üzərləri damar damar xəttlidir. İçindən səslər gəlir lakin boş deyildir. İstifadə olunca zəifləyər və gücü keçər.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Yad/Zad) kökündən törəmişdir. İnsanın gücünün xaricindəki hadisələri ifadə edir. Monqolca Zad mizraq deməkdir. Zavar isə meh mənası daşıyır. Zasa / Dasa isə qədimə monqolcada cəzalandırmaq deməkdir. Mancurca Dasa sözü də düzəltmək mənası daşıyır.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.