Zahidə xatun

Zahidə xatun (?-?) — Eldənizlər sülaləsinin ikinci atabəyi Məhəmməd Cahan Pəhləvanın arvadlarından biri.

Zahidə xatun

Həyatı[redaktə | mənbəni redaktə et]

Ondan Cəlaliyyə adlı qızı olmuşdur. Ərinin ölümündən (1186) sonra Naxçıvanda yaşamış, Eldənizlərin xəzinəsi yerləşən Əlincə qalasının sahibi olmuşdur. İlk atabəy Şəmsəddin Eldənizin dövründən atabəylərə tabe torpaqlardan gələn bütün gəlirlər bu xəzinədə saxlanılırdı. Cahan Pəhləvanın türk qızı Qətibə (Qutey bə) xatundanolan oğlu Əbu Bəkr əmisi Qı zıl Arslanı öldürülən kimi (1191) Naxçıvana gələrək, Əlincə qalasını və oradakı xəzinəni ələ keçirir.Mənbələrdəki məlumatın təhlili Z. x.-un bundan sonra, görünür, Cahan Pəhlə va nın hələ 1175 il də Ağsunqurilərdən geri aldığı Təbrizə köçdüyünü və bu şə hə rin hakimi olduğunu təs diq edir. Tarixçi əl-Hüsey nin məlumatına görə, atabəy Əbu Bəkr öldükdən (1210) sonra Naxçıvana, oradanda Culfaya, Mərəndə vəb. Azərb. şəhərlərinə hücum edən gürcülər Z. x.-un hakimlik etdiyi Təbrizi də mühasirəyə alırlar. Şəhər rəisləri ilə məsləhətlə şən Z. x. Təbrizi qarətdən və dağıntıdan xilas etmək üçün gürcülərə o qədər mal, pul, qızıl bac verir ki, "böyükdən kiçiyə kimi bütün gürcülər dövlətlənirlər". Son atabəy Özbək dövründə Naxçıvan Z. x.-un qızı, Özbəyin ata bir bacısı Cəlaliyyənin mülkü olmuşdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Bünyadov Z. M., Azərbaycan Atabəyləri dövləti [1136-1225], B., 1985;
  • An – Nasavi Şixabaddin, Jizne opisanie sultana Djalal ad-Dina Mankburnı, B. 1973;
  • A l – X u s e y n i S a d r a d d i n A l i, Ax bar ad-da u lat as-Sel d cu kiyə, M.,1980.

İstinadlar[redaktə | mənbəni redaktə et]