Zahid Əliyev

Əliyev Zahid Səməd oğlu (1935, Şamxor rayonu1 sentyabr 2022, Bakı) — texnika elmləri doktoru, professor.

Zahid Əliyev
Əliyev Zahid Səməd oğlu
Doğum tarixi 1935
Doğum yeri
Vəfat tarixi 1 sentyabr 2022(2022-09-01)
Vəfat yeri
Elmi dərəcəsi texnika elmləri doktoru

Əliyev Zahid Səməd oğlu 1935-ci ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Zəyəm kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azərbaycanın EA sisteminə göndərilmişdir ki, burada 1959-cu ilə qədər kiçik elmi işçi vəzifəsində işləmişdir. 1959–1964-cü illərdə — ÜETQİ-da aspirant olmuşdur. 1964-cü ildə "Lay təzyiqini saxlamadan qaz-kondensat yataqlarının işlənilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1961–1979-cu illərdə ÜETİQİ-da böyük elmi işçi vəzidəsində işləmişdir. 1965–1973-cü illərdə Çiren və Novo-Oryaxovo (Bolqarıstan) yataqları layihələrinin baş mühəndisi və Zalsvedel-Pakenzen (Almaniya) qaz yatağının işlənilməsi üzrə baş məsləhətçi işləmişdir. 1979-cu ildən akad. İ. M. Qubkin adına MNK və QSİ-da (Moskva ş.) pedaqoji fəaliyyətə başlamışdır. 1984-cü ildə "Qaz və qaz-kondensat quyularının istismarı zamanı ilkin məlumatların əldə edilməsinin qazohidrodinamiki üsullarının işlənilməsi və tətbiqi və texnoloji rejimin əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Əliyev Z. S. 1987-ci ildən indiyə qədər akad. İ. M. Qubkin adına Rusiya Dövlət neft və qaz universitetinin professoru vəzifəsində işləyib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əliyev Z. S. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: faza keçidləri şəraitində məsaməli mühitdə qaz-kondensat qarışıqlarının süzülməsinin təcrübi tədqiqatları, stasionar və qeyri-stasionar süzülmə rejimlərində qaz və qaz-kondensat lay və quyularının tədqiqi texnologiyasının və üsullarının yaradılması, qaz və qaz-kondensat quyularının istismarının texnoloji rejimlərinin əsaslandırılması üzrə elmi əsasların və texnologiyaların işlənilməsi, üfüqi qaz quyularının tədqiqi və istismarının nəzəri əsasları və texnologiyalarının işlənilməsi, qaz və qaz-kondensat yataqlarının şaquli və horizontal quyular sistemi ilə işlənilməsinin əsas göstəricilərinin proqnozlaşdırılması üzrə elmi əsasların, texnologiyaların, alqoritmlərin və hesabat proqramlarının yaradılması.

Əliyev Z. S. 200-dən artıq elmi məqalənin, 13 monoqrafiyanın, 13 elmi-tədris-metodik məzmunlu broşüranın müəllifidir.