Zahid Qocayev

Zahid Qocayev (Qocayev Zahid Adıgözəl oğlu; 8 avqust 1951. Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru, professor. Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavini.

Zahid Qocayev
Qocayev Zahid Adıgözəl oğlu
Doğum tarixi (72 yaş)
Doğum yeri Bərdə rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi adı professor

Həyatı[redaktə | mənbəni redaktə et]

Qocayev Zahid Adıgözəl oğlu 1951-ci il avqustun 8-də Azərbaycan SSR-nin Bərdə rayonunda anadan olub. N.E.Bauman adına Moskva Dövlət Texniki Məktəbinin aspiranturasını bitirdikdən və 1979-cu ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi Avto-Traktor İnstitutunda (EATİ) işləyib. 1982-ci ildən mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması və mobil maşınların möhkəmliliyi sahəsində kompüter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzərində işləyib. Konstruksiyaların struktur elementlərinin yüksəlməsinin statistik tədqiqat metodlarını, traktor və yük maşınlarının hədd rejimlərini modelləşdirməyi öyrənən Z.Qocayev 1994-cü ildə EATİ-də doktorluq dissertasiyası müdafiə edib. Z.Qocayev avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində aparıcı mütəxəssislərdən biridir. Bu sahədə onu Elmi-Tədqiqat İnstitutunun işgüzar, məqsədyönlü rəhbəri, təcrübəli müəllim və bütöv elmi istiqamətin yaradıcısı kimi tanıyırlar.[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Z.Qocayev Rusiya Federasiyası Prezidentindən təşəkkürnamə alıb. Dəfələrlə SSRİ Kənd Təsərrüfatı Avtomobilləri Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. 2011-ci ildə “Rusiyanın fəxri maşınqayırmaçısı” nişanı ilə mükafatlandırılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.