Zahir Əbdürəhmanov

Zahir Əbdürəhmanov (Zahir Şahismayıl oğlu Əbdürəhmanov; 1 yanvar 1934, Göyçay16 sentyabr 2004, Bakı) — Azərbaycan SSR əməkdar mühəndisi (1980); Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı; Nərimanov rayon partiya komitəsinin I katibi (1981).

Zahir Əbdürəhmanov
Doğum tarixi
Doğum yeri Göyçay şəhəri
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı şəhəri
Atası Şahismayıl
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Azərbaycan SSR əməkdar mühəndisi

Həyatı[redaktə | mənbəni redaktə et]

Zahir Əbdürəhmanov 1934-cü ilin yanvar ayının 1-də Azərbaycan SSR-nın Göyçay şəhərində anadan olmuşdur. 1951-ci ildə Göyçay şəhərində orta məktəbi Qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışmışdır.

Zahir Əbdürəhmanov təltif zamanı

Bakı şəhər Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olmuşdur.

1979-cu ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsinin II katibi, 1981-ci ildən I katibi vəzifələrində çalışmışdır.

Bir müddət “Ümumittifaq Neft Maşınqayırma” İstehsalat Birliyi rəhbərliyində, sonra isə “Qaratəkrarmetal” İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

Müxtəlif dövrdə Azərbaycan Politexnik İnstitutunda Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermişdir.

Bir çox səmərələşdirici təklif və ixtiranın müəllifidir.

2004-cü il sentyabrın 16-da Bakı şəhərində vəfat etmişdir

Hobbisi[redaktə | mənbəni redaktə et]

Gənc yaşlarında Zahir Əbdürəhmanov şeirlər, publisistik yazılar ərsəyə gətirmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • Uzun illər məhsuldar əməyinə görə SSRI Kimya və Neft Maşınqayırma Nazirliyi və Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Fəxri Fərmanı.
  • 1970-ci il V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar “Fədakar əməyə” görə medalı.
  • 1976-cı il “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medall.
  • 1980-ci il aprelin 15-də ilə uzun illər səmərəli işlədiyinə, respublikada neft maşınqayırmasının inkişafında xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Azərbaycan SSR Əməkdar mühəndisi” fəxri adı.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • “Zəngin ömür kitabı olan şəxsiyyət” — ATV: 2008
  • “İşığın zirvəsində” — Lider TV: 2017

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Əsəd Quliyev, “Ağ gecə”, Bakı, Azərnəşr, 2014.
  • Müşfiq Cabiroğlu, “Etdiyim yaxşılıqlar qarşıma çıxır”, “Yeni Təfəkkür”, 22 sentyabr 2007.

İstinadlar[redaktə | mənbəni redaktə et]