Zahir Əliyev

Zahir Əliyəv - hərbçi, şəhid

Zahir Sədi oğlu Əliyev

[redaktə | mənbəni redaktə et]

(4 yanvar 1987, Soru, Lerik rayonu — 20 sentyabr 2023, Ağdərə rayonu) Azərbaycan DİN-in Daxili Qoşunlarının XVTD-nin çavuşu, 2023 antiterror əməlliyatı şəhidi

Zahir Əliyev 1987-ci il yanvarın 4 — də Lerik rayonu Soru kəndində anadan olub. 1994–2004-cü illərdə T. Cəfərov adına Soru kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi, 2 övladı vardı. 2004-cü ildə anasını, 2020-ci ildə atasını itirmişdir. Atası Sədi Əliyev hərbçi olub, Sovet ordu sıralarında xidmət etmiş, gizir hərbi rütbəsi ilə ehtiyata buraxılmış, Soru kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində çalışmışdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Zahir Əliyev 2005–2007-ci illərdə Daxili Işlər Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. 12 illik hərbi peşə fəaliyyətində onlarla fəxri fərmanla təltif olunmuşdur.

Azərbaycan ordusunun Daxili Qoşunlarının Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin çavuşu olan Zahir Əliyev 2023-cü il sentyabrın 19 — da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal antiterror əməliyyatına cəlb olunmuş, 20 sentyabr tarixində Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr tarixində Lerik rayonu Soru kəndində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixində imzaladığı müvafiq sərəncamla çavuş Zahir Sədi oğlu Əliyev ölümündən sonra "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur