Zahir Əmənov

Əmənov Zahir Əbiş oğlu — azərbaycanlı jurnalist, "Cənub xəbərləri" qəzetinin baş redaktoru.

Zahir Əmənov
Zahir Əbiş oğlu Əmənov
Doğum tarixi
Doğum yeri Ərkivan, Masallı rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist

Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir.

"Cənub xəbərləri" qəzeti 2002-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "İlin ən mübariz regional qəzeti" elan edilib.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirtdiyi müsabiqənin bir dəfə 1-ci ("Ünvanı səvh düşən ünvanlı yardımlar, yaxud sübut et ki, kasibsan"), bir dəfə isə 2-ci ("Əyalət mətbuatı və aşkarlıq") mükafatına sahib olub.

Cənub bölgəsinin problemlərindən yazdığı yazılara görə 2004-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına layiq görülüb.

Beynəlxalq Jurnalistika Mərkəzinin insan alveri ilə bağlı keçirdiyi müsabiqədə "Ay alan, insan satıram" yazısının görə qalib kimi Polşaya və Gürcüstana Beynəlxalq təcrübəyə göndərilib. Litvada, Ukraynada və ABŞ-də beynəlxalq təcrübə keçib.

Rəhbərlik etdiyi "Cənub xəbərləri" qəzeti müxtəlif vaxtlarda "İnternyus-Amerika", "İnternyus-Azərbaycan", SOROS, "Yeni Nəsil" Jurnalistlər Birliyinin, ABŞ-nin NED təşkilatının layihələrini reallaşdırıb.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin cənub bölgəsi üzrə koordinatorudur.

Müxtəlif vaxtlarda Turan, APA agentliklərinin, "GÜN-Səhər", "Azadlıq" və digər qəzetlərin cənub bölgəsi üzrə müxbiri olub.

Ailəlidir. 2 qızı, 1 oğlu var.

Əmənov Zahir Əbiş oğlu Arxivləşdirilib 2012-11-10 at the Wayback Machine