Zahir Cəfər oğlu Bağırov (25 fevral 1975, Daşkəsən rayonu – 25 may 1995, Daşkəsən rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.
Zahir Bağırov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 25 may 1995 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Cəfər Bagirov |
Təhsili | İmaməddin Nəsimi adına 6 nömrəli orta məktəb |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Zahir Bağırov 1975-ci ilin fevral ayının 25-də Daşkəsən rayonunda dünyaya göz açıb. 1982-1992-ci illərdə Daşkəsən rayonu İmaməddin Nəsimi adına 6 nömrəli orta məktəbdə təhsil almışdır.
1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vasitəsilə sürücülük oxuması üçün Gəncəyə göndərilir. Sürücülük kursunu bitirdikdən sonra, Hacıqabul rayonuna həqiqi hərbi xidmətə çağırılır. 4 iyun 1993-cu ildə Gəncədə Azərbaycan milli ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verən zaman Zahirə də silah verilərək orada iştirak etməsi üzrə əmr verilir. Lakin onlara nəzarət edən komandir iki qardaşın müharibə etməsini istəmir və əsgərlərdən silahları alaraq, onları zirzəmiyə gizlədir. Həmin silahlar sonra nömrə ilə polisə təhvil verirlir.
Daha sonra Zahir Bağırov 1993-cu ildə yenidən hərbi xidmətini davam etdirməsi üçün Daşkəsənə aparılır. Goranboy, Gədəbəy, Daşkəsən və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edir. 1993-cu ildə Kəlbəcər uğrunda gedən döyüşlər zamanı əsgərlərimizin əllərini, ayaqlarını güclü şaxta vurduğu üçün Zahir onları Murov istiqamətindən Daşkəsənə aparır. Atası Cəfər Bağırov həmin əsgərlərin müalicə olunmalarında xüsusi səy göstərir. Hətta Zahir Bağırovun bacısı bildirirki, “Kəlbəcərdən gələn yaralı maroz vurmuş əsgərləri Daşkəsən rayon əhalisi evində saxlayaraq onlara baxıb müalicə etdilər. Hətta hər evdə ən azı 3 əsgər var idi”. Bundan sonra yarım ay Gəncə hərbi hosbitalında müalicə aldıqdan sonra yenidən hərbi xidmətə qayıdırlar.
1995-ci il may ayının 24-dən 25-ə keçən gecə Kəlbəcər Zivlən istiqamətində erməni kəşfiyyatçıları tərəfindən Zahirgilin postu mühasirəyə alınır. Zahir və on üç digər silahdaşı qəhrəmancasına vuruşur. Lakin silahlarında güllə bitdikdən sonra vəziyyət çətinləşir. Zahir əsgərlərə silah gətirən zaman şəhid düşür. Onun nəşi bir gün neytral zonada qaldıqdan sonra, may ayının 26-ı atası Cəfər Bağırov nəşi çətinliklə də olsa təhvil alır.
Şəhid Zahir Bağırov Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn olunub.
Yuxarı Daşkəsən qəsəbə məktəbi hal-hazıda Zahir Bağırovun adını daşıyır.