Zalım gəvən (lat. Astragalus insidiosus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Zalım gəvən | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Qafqazda və Azərbaycanda təbii halda bitir.
Yarpağını tökən koldur. Kolları qısa budaqlıdır. Yarpağı seyrək tüklü, azca əyilmiş, 2-3,5 sm uzunluqda olub, tikanlıdır. Yarpaqcıqların miqdarı 3-4 cüt olub, xətvari, 8–16 mm uzunluqda, 1–2 mm enindədir. Tikanların ucu şişdir. Birillik budaqların üzərindəki yarpaqların qoltuğunda 3 çiçəkdən ibarət, başcıq formalı çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı xətvarı, 7- uzunluğunda olur. Kasacığı ağ tüklüdür. Tacı sarı rənglidir. Ləçəkləri 1,4-1,5 sm uzunluğunda, 4- enində olub, yumru qulaqcıqlıdır. Meyvəsi uzunsov və tüklüdür. İyul ayında çiçək açır. Toxumla çoxalır.
Orta dağ qurşağının daşlı yamaclarında və əhəngli yerlərdə rast gəlinir. Dəniz səviyyəsindən 1000–1200 m hündürlükdə bitir. Quraqlıq sevəndir.
Naxçıvan MR-da Ordubad rayonu dağlarının ən yüksək alp çəmənliklərində, quru, daşlı yamaclarda, dar bir arealda yayılmışdır. Azərbaycanın nadir bitkisi olaraq, "Qırmızı kitab"a salınması tövsiyə edilir.
Gövdəsində qatran vardır, yaşıllaşdırmada istifadə olunmur.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov