Zalipi

Kəndin evlərindəki gül çələnglərindən biri

Zalipi (pol. Zalipie) — Polşada kənd[1].

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Kənd Krakov şəhərindən 90 dəqiqəlik məsafədə yerləşir[1].

Özünəməxsusluğu[redaktə | mənbəni redaktə et]

Rəvayətə görə bir zamanlar bu kəndin sakinlərindən biri bekarçılıqdan evinin tavanına çiçək şəkli çəkir[1]. Aradan bir xeyli müddət keçirdən sonra baxırlar ki, bütün kənd əhalisi öz evlərini gül çələngi rəsmləri ilə bəzəyiblər[1].

Festival[redaktə | mənbəni redaktə et]

1948-ci ildən bəri burada "Rəngli kotec" adlı boyama festivalı keçirilir[1]. Əslində isə həmin vaxtdan bəri keçirilən bu festival əvvəlcə İkinci Dünya müharibəsindən sonra ağır günlər yaşayan Polşa xalqının psixoloji vəziyyətini düzəltmək üçün təşkil edilmişdir[1].

Şəkilləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 Dünyanın ən gözəl ikinci kəndi - FOTO/VİDEO Arxivləşdirilib 2021-06-13 at the Wayback Machine. publika.az, 10.02.2017  (az.)