Zaman Mirzəzadə

Zaman Arzuman oğlu Mirzəzadə (8 fevral 1995, Lənkəran) — müdafiə mövqeyində çıxış edən Azərbaycan futbolçusu, mövqe müdafiəçisi.

Zaman Mirzəzadə
Ümumi məlumatlar
Doğum tarixi 8 fevral 1995(1995-02-08) (28 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi müdafiəçi

Mirzəzadə uşaq yaşlarından "Xəzər Lənkəran" FK-da çıxış etmişdir. O, 2015-ci ildə əsas komandaya keçmiş, klub ləğv olunana qədər klubda çıxış etmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zaman Arzuman oğlu Mirzəzadə 8 fevral 1995-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olmuşdur.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Zaman Mirzəzadə "Xəzər Lənkəran" FK-nın yetirməsidir. O, 12 yaşında uşaq yaş kateqoriyasında karyerasına başlamışdır. Mirzəzadə "Xəzər Lənkəran"ın 17 yaşadək komandasında çıxış etmiş, 2012-ci ildə klubun gənclər komandasına keçid etmişdir. O, 2014-cü ildən əsas komandada çıxış etməyə başlamışdır. Bundan başqa, Mirzəzadə həm də ehtiyat komanda üçün çıxış etmişdir.[2] O, Topaz Premyer Liqasının 2014/2015 mövsümündə, 2 may 2015-ci il tarixində klubun əsas heyətində eyni liqada çıxış edən "Bakı" FK ilə səfər oyununda debüt etmişdir. O, 86-cı dəqiqəsində meydana daxil olmuşdur.[3] Mirzəzadə Topaz Premyer Liqasının 2015/2016 mövsümünün XIV turunda "Xəzər Lənkəran" FK səfərdə "Zirə" ilə oyun keçirmişdir. Mirzəzadə burada 49-cu dəqiqədə avtoqol müəllifi olmuşdu. Bundan sonra oyunda hesab dəyişməmiş, və "Zirə" 1:0 hesablı qələbə qazanmışdır.[4] Mirzəzadə 32 nömrəli forma ilə çıxış edirdi.[5]

Çempionatda[redaktə | mənbəni redaktə et]

Aşağıda mövsümlərinə görə Azərbaycan çempionatında statistikası verilmişdir:

Mövsüm Klub Oyun Qol Ehtiyatda oyun
1 2014 / 2015 Xəzər Lənkəran 1 0 3[6]
2 2015 / 2016 "Xəzər Lənkəran" 32 1 4

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Onları tanıyaq" rubrikasında - Zaman Mirzəzadə (Xəzər-Lənkəran) » Premyer.Az". Premyer.Az. 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
  2. "Peşəkar Futbol Liqası". www.pfl.az. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
  3. "Livescores - Soccer - Scoresway". www.scoresway.com. 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
  4. "2 "qırmızı", 1 avtoqol - "Zirə" və AZAL 3 xala sevindi". fanat.az. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
  5. ""Xəzər Lənkəran" - "Qarabağ": heyətlər". qol.az. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
  6. Kim oynadı, kim vurdu 2014/15 Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (az.)