Zana Maryanoviç (bosn. Zana Marjanović 31 may 1983[1], Sarayevo[2]) — kino sənayesində, televiziyada və teatrda çalışan bir Bosniya aktrisası; Bosniya Parlamentinin üzvü. Sarayevodakı "Kamera Teatrı 55"-in daimi üzvü, eyni zamanda «Magacin Kabarea» (Sarayevo) qeyri-kommersiya peşə təşkilatının yaradıcısı və prezidentidir.
Zana Maryanoviç | |
---|---|
Doğum tarixi | 31 may 1983[1] (41 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, film prodüseri, kino aktrisası |
Fəaliyyət illəri | 2003-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Zana Maryanoviç 31 may 1983-cü ildə Sarayevoda adadan olmuşdur. Həmin illərdə keçmiş Yuqoslaviya Sosialist Federal Respublikasının altı respublikasından biri olan Bosniya və Herseqovina Sosialist Respublikasının paytaxtı idi. Atası - Goran, bu gün məşhur Sarayevo restoratorudur və anası - Elis 1987-ci ildə bütün ailəni Nyu Yorka köçürmək qərarında iştirak etmişdir. Amerikanın bir ingilis dili müəllimi tərəfindən Zananın istedadının fərqinə vardığı və onun təkidi ilə Fiorello La Guardia Liseyinə - musiqi və ifaçılıq sənət məktəbinə getdiyi haqda bir versiya var.
Sonra Zana doğma şəhərində, keçmiş Yuqoslaviya ölkələrində ən qədim ali təhsil müəssisəsi olan Sarayevo Universitetinin bir fakültəsi olan İncəsənət Akademiyasında təhsil alır. Maryanoviç 2008-ci ildə "Qar" filmindəki Alma rolundan sonra məşhurlaşır. 2010-cu ildə Ancelina Colinin rejissorluq debütündə aparıcı aktrisa oldu - "Qan və bal ölkəsində" (2011) filmi. 2007-ci ildə o, qeyri-kommersiya təhsil təşkilatı olan Şərq Qərb Teatr Şirkətinin (Şərq Qərb Mərkəzi) iştirakı ilə səhnələşdirilən Haris Pašović rejissoru olan "Sinifin Düşməni" istehsalında "Kobra" adlı bir obrazı canlandırdı. Təşkilatın qərargahı Sarayevoda yerləşir.
2013-cü ildə Zana Maryanoviç, yaxınlarda yeni birləşən Bosniya-Xorvat qrupu "Teška Industrija" üçün kompozisiya, Xorvatiyanın Avropa İttifaqına daxil olmasına həsr olunmuş "«EUdala se Lijepa naša»" (Gözəl Vətənimiz AB ilə evlidir) mahnısına iofa edir. Musiqi təxəllüsü olaraq Zana ingiliscə «Sunny Su» adını seçir.
2015-ci ildə Maryanoviç Bosniya parlamentinin üzvü idi və İngilis televiziya casusu triller «The Game» (BBC Two Cold War) filmində rol aldı. Elə həmin il Srebrenitsanı xatırlayaq adı ilə London Universitetinə daxil olan Kral Holloway Universitetinin təşkil etdiyi, Surreydə keçirilən Beynəlxalq Eqham Soyqırımı Konfransında əsas məruzə ilə çıxış edir. Maryanoviçin hesabatı "İncəsənət və Məsuliyyət: Soyqırımın Gender Təcrübəsi ilə əlaqədar məlumatlılığın artırılması və ictimai siyasətə təsir göstərmə" adlı idi: "Srebrenitsa qətliamı Holokostdan bəri Avropadakı ən böyük qırğındır. Sənətkar olaraq gələcəkdə bunun qarşısını almağa kömək etmək üçün insanlığa qarşı bu cür cinayətlərin miqyası barədə məlumatlılığı artırmaq üçün məsuliyyət daşımalıyıq. Buna görə də həqiqətə sadiqliyin əsl sənət yaratmaq aktına xas olduğuna inanıram. Ancelina Colinin filmi ilə bir dialoqa başlamağımıza ümid etdik və beynəlxalq ictimaiyyəti bu hadisənin baş verməməsi üçün müdaxilə etməsini təşviq etdik. Millət vəkili olaraq daha çox iş görəcəyimi ümid edirəm. "
Zana Maryanoviç Sarayevodakı "Kamera Teatrı 55"-in daimi üzvü, eyni zamanda «Magacin Kabarea» (Sarayevo) qeyri-kommersiya peşə təşkilatının yaradıcısı və prezidentidir. Hansı ki, bura bir qrup məşhur sənətkarı (stand-up tamaşaları, komediya tamaşaları, televiziya çıxışları, veb seriyalar, musiqi videoları və sənədli filmlər) özündə cəmləşdirmişdir. Onlar bir şəkildə ölkənin, bölgənin və dünyanın mövcud sosial problemlərinə cavab verməyə çalışırlar.