Mərkəzi və Qərbi Çində yayılmışdır. Avropada 1790-cı ildən becərilir.
Zanbaqçiçək maqnoliya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Zanbaqçiçək maqnoliya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
2-3 m hündürlükdə şar formalı koldur. Açıq boz rəngli, hamar qabıqla örtülmüşdür. Cavan zoğlarının uc hissələri əvvəlcə tüklü olur, sonradan çılpaqlaşır, qışa yaxın dövrdə isə tünd yaşıl, çox işıq olan tərəfdə isə qonur rəngli olub, tək-tək mərciməklərə malikdir. Yarpaqları enli-ellipsvari və ya tərs- yumurtavaridir. Təpə tərəfdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl rəngli, yaxşı gözəçarpan damarlanmaya malik, uzunluğu 15-20 sm, eni isə 8-10 sm-ə çatır. Çiçəkləri ensiz piyaləvari formalı, qoxusuz xaricdən qırmızımtıl, daxildən isə ağ rəngdə olub, qısa və yoğun çiçək saplağı üzərində yerləşmişdir. Çiçəkyanlıqları 6-9 hissədən ibarətdir. Xarici ləçəkləri neştərşəkilli olub, uzunluğu 2-3 sm, eni isə 0,8-1 sm-ə bərabərdir. Daxili ləçəkləri isə uzunsov, tərs-yumurtavari və şişkindir. Uzunluğu 9,5-10,5 sm, eni isə 2,5-3,5 sm-dir. Erkəkcikləri çoxdur, uzunluğu 9 sm-ə çatır. Çiçəkləmə mart-aprel, bəzən isə may aylarında - yarpaqlar əmələ gələn dövrdə başlayır. Meyvələrinin uzunluğu 6,5-8 sm, qalınlığı 2-2,5 sm olub, sentyabr-oktyabr aylarında yetişir. Toxumlarının uzunluğu 10 mm, eni isə 5 mm-ə çatır. Çox hallarda kütləvi çiçəkləmədən sonra yayda (avqust) və yaxud payızın əvvəllərində yenidən çiçəkləyir. Çox nadir hallarda az miqdarda meyvə verir.
Rütubətli torpağı sevir. Şaxtaya davamsızdır.
Bakı, Gəncə, Zaqatalada mədəni şəraitdə becərilir.
Abşeronda və bəzi rayonlarda bağ və parklarda mədəni şəraitdə becərilir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov