Zanqar qədim yaşayış məntəqəsi

Kukaş kurqanı

Kukaş kurqanı[1] və ya Cek kurqanıCek kəndinə aid Kukaş ərazisində kurqan.

Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq[2].

  1. Tariximiz zənginliyimizdir: Cek kurqanları. Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine xalqqazeti.com  (az.)
  2. Xınalıq kəndinin tarixi görkəmi bərpa olunur. mct.gov.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]