Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qafqaz.
Zaqafqaziya (Ziazat) kəklikotu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Zaqafqaziya (Ziazat) kəklikotu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Azərbaycanda- Kiçik Qafqazda yayılmışdır.
Azərbaycanın nadir bitkisidir .CR B1ab (i,ii,iii).
Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda bitir.
Azərbaycanda arealı dardır.
Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az bilinən nöqtəli vəzicikli, yumurtavari-uzunsovdan enli-yumurtavariyədək, uzunluğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damarcıqlarda tükcüklü, yan damarcıqları 2-3 cütdür. Çiçək qrupu başcıqlı və ya uzunsovdur. Çiçək saplaqları uzun, tükcüklüdür. Kasacığın uzunluğu təxminən 5 mm olub alt tərəfi tükcüklüdür. Kasacığın yuxarı hissəsində olan dişciklər ensiz-lansetvari olub, kənarları tükcüklüdür. Çiçək tacı qırmızı, tükcüklüdür. VI-VII aylar arasında çiçəkləyir, VIII ayda meyvə verir.
Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiş mühafizə tədbiri yoxdur.
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-məsi tövsiyə edilir.
Флора Азербайджана. т.7. 1957; Azərbaycanın “Qırmızı” və “Yaşıl Kitabları”na tövsiyə olunan bitki və bitki formasi-yaları.1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
1."Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
2.“Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.