Zaqatala itburnu

Zaqatala itburnu lat. Roza zakatalensis — 

Zaqatala itburnu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Zaqatala itburnu
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. [2][3]

Regional IUCN Statusu: NT[4]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

1,5 m hündürlükdə koldur. Gövdə çoxsaylı deyil və qövsvari əyilmişdir. Yarpaqcıqları xırda, 1,5-2 sm uzunluğunda, 0,7-0,8 sm enində, sarımtıl yaşıl, əsası və ucu sıxılmışdır. Çiçəkləri xırda, tək və ya 2-3 ədəddir. Çiçəkləri ağımtıl-çəhrayı rənglidir. Meyvə ellipsivari, yetişmiş halda narıncı-qırmızıdır.[5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi may, meyvə əmələgətirmə dövrü iyun aylarına təsadüf edir. Daşlı-çınqıllı yamaclarda yayılmışdır. Farmakologiyaya daxil olan dərmn bitkisidir. Xalq təbabətində istifadə olunur. 

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 0,8-1,5 m-ə qədər olan bozumtul qonur əyilmiş budаqlаrа malik xırda kollardır. Qopartikanları xırda olub qaidə hissəsi enliləşəndir. Yarpaqları 1-2 sm uzunluğunda kiçik yarpaq cıqlardan təşkil olunmuşdur. Yаrpаqаltıqlаrı dar və çılpaq, yaşılımtıl sarı rənglidir. Çiçəklər ağ və ya çəhrayımtıldır. Çiçəkləri kiçik olub, tək-tək və-ya 2-3 ədədi bir yerdə olur. Meyvəsi armudvаrı, çılpаq, narıncı qırmızıdır. Meyvə yoğun qaidəsinə doğru nazikləşən qırmızı saplağa malikdir. Маy ayında çiçəkləməyə başlayır və iyulda meyvə verir.

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Qafqazda quru bozqır yamaclarda təbii arealı vardır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın qərb hissəsi (Zaqatala rayonu- Axoxdərəsi, Car kəndinin ətrafı; Balakən və Zaqatala arasındakı yolda; Şəki rayonu –Baş Zəyzit kəndinin ətrafı.[2][3][5][6]

Bitdiyi yеr[redaktə | mənbəni redaktə et]

Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlı qayalı yamaclarda yayılmışdır.

Təbii ehtiyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealı vardır.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Təbiətdə generativ və vegetativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri: Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir. Yasaqlıqların təşkili vacibdir. 

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii ehtiyatı azalır. Əhali tərəfindən həddindən artıq toplanılması azalma tendensiyasını artırır [2][3][6].

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Meyvələrin intensiv toplanılması və iqlimdir.[2]

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.[2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Plant List (ing.). 2010.
  2. 1 2 3 4 5 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  3. 1 2 3 4 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  4. Schtaz G., Shulkina T., Solomon J., 2013
  5. 1 2 Флора Азербайджана, 1954
  6. 1 2 Tərtibçilərin məlumatları

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Красная Книга СССР. 1984;
  • Azərbaycanın “Qırmızı Kitabı” 1989;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  • "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

http://dendrary.in-baku.com/?page_id=112 Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine