Zari Ərəşi XVIII əsri şair, xəttat
Zari Ərəşi | |
---|---|
Fəaliyyəti | Yazıçı |
Əsərlərinin dili | farsca |
Janrlar | qəzəl, qəsidə |
Hüseyn Əfəndi Qayıbov özünün “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı məcmuəsində Zarinin “Hicran oduna öylə bəni yar yandırır” misrası ilə başalanan qəzəlini, “Eyləmiş tarac canım nəqdin ol nazik bədən” misrası ilə başlanan dörd bəndlik müxəmməsini, “Ey dil, yenə bu dövrdə bir şux dilara” misrası ilə başlanan qəzəli-müstəzadını salmışdır.
Araz Dadaşzadə “XVIII əsr Azərbaycan lirikası” adlı monoqrafiyasında Zarinin bir neçə əsərinin adını çəkmişdir.[1][2]