Zarlıx - türk mifologiyasında ədalət ilahəsi. Zarlıq Xanım və ya Yarlık Xanım olaraq xatırlanar. Hakimləri qoruyur. Zarlık xanım 17 böyük səma məhkəməsinin ən alisində iştirak edir. Türk-monqol mədəniyyətində ədalət və mühakimə çox əhəmiyyətli bir yerə malikdir. Ədalətli davranmayan idarəçilərə ilənilir (lənət edilər) və başlarına ən pis fəlakətlərin gəldiyinə inanırlar. Monqollara Zar Zarqaçı (Yar Yarqıcı) yəni ədaləti təmin edən şəklində təyin olunan bir ongun (totem) vardır və Zol Zayağçı (Yol Yaradan) yəni bəxti təyin edən ongun (totem) ilə bir tandem təşkil edərlər.
(Yar/Zar) kökündən törəmişdir. Mühakimə etmək və yarlıgamaq (bağışlamaq) hərəkəti ilə eyni köktendir. Qısqanclıq mənası da daşıyır. Türklərdə hakimlərin / Yargıçu, monqollara yargan sözləri hakim deməkdir və bu söz ilə eyni mənşəyə malikdirlər.