Zaur Şiriyev

Zaur Şiriyev (Şəki) — beynəlxalq münasibətlər sahəsində azərbaycanlı alimdir. Londondakı Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) müxbir üzvüdür.[1] 2014-cü ilin may ayından 2017-ci ilin mart ayına kimi Bakıda ADA Universitetində baş elmi işçi olub.[2] ADA Universitetində işə başlamazdan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində aparıcı elmi işçi vəzifəsində çalışıb (2009–14). 2011-ci ildə Azərbaycanda ilk ingilisdilli akademik jurnal olan Caucasus International-ı təsis edib və baş redaktoru olub.[3]

Zaur Şiriyev
Doğum yeri
Fəaliyyəti akademik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu vəzifədən əvvəl, 2004-2008-ci illərdə Türkiyədə İstanbulda Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) Qafqaz və Orta Şərq Araşdırmaları bölməsində elmi işçi, Qafqaz və Orta Asiya bölməsində baş elmi işçi vəzifələrində çalışıb. Ankarada Beynəlxalq Strateji Araşdırmalar Təşkilatında (ISRO).

Şiriyev Türkiyədə "Today's Zaman" qəzetinin köşə yazarı olub və regional problemlər, münaqişələrin həlli və Avropa İttifaqı siyasəti ilə bağlı bir sıra konfranslarda iştirak edib və çıxış edib. 2011-ci ildə Qara Dəniz Gənc İslahatçılar Təqaüdünə[4] layiq görülüb və 2012-ci ildə XII Avropa Gənc Liderlər Konfransı üçün Atlantik Forum tərəfindən Azərbaycandan gənc lider kimi seçilib.

O, hazırda Vaşinqtonda Ceymstaun Fondunun Avrasiya Gündəlik Monitoru və Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramının qonaq analitikidir. Onun təcrübə sahələrinə postsovet məkanında təhlükəsizlik və münaqişələrin həlli məsələləri, Türkiyənin xarici siyasəti, Cənubi Qafqaz dövlətlərinin xarici və milli təhlükəsizlik siyasətləri daxildir və bu siyasətlərin daxili təyinediciləri vurğulanır. Zaur Şiriyev çoxsaylı məqalələr və şərhlər dərc etdirmiş və “Qafqazın geosiyasi səhnəsi: Perspektivlərin onilliyi” (İstanbul; 2013)[5] və Azərbaycan və Cənub-Şərqi Avropanın Yeni Enerji Geosiyasəti (Vaşinqton, DC; 2015) kitablarının birgə redaktəsini etmişdir.[6]

  1. "Zaur Shiriyev". Chatham House. İstifadə tarixi: 2016-05-18.
  2. "Zaur Shiriyev". Eurasia Democratic Security Network.
  3. "OPINION - A modest quarterly's immodest mission". www.hurriyetdailynews.com. İstifadə tarixi: 2016-05-18.
  4. "Batumi hosts discussions on security issues in Black Sea region". azertag.az. İstifadə tarixi: 2016-05-18.
  5. ""The Geopolitical Scene of the Caucasus: A Decade of Perspectives" book issued".
  6. "Azerbaijan and the New Energy Geopolitics of Southeastern Europe". 30 November 2001.