Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zaur Qəriboğlu (1 fevral 1989, Bakı) — azərbaycanlı jurnalist və yazıçı, "Reaksiya Media Group MMC"nin baş direktoru,[1] "Media Araşdırmaları və Monitorinq Mərkəzi" (MAMM) ictimai birliyinin sədri.[2]
Zaur Qəriboğlu | |
---|---|
Zaur Qəriboğlu Qərib oğlu | |
| |
Təxəllüsü | Zaur Qəriboğlu |
Doğum tarixi | 1 fevral 1989 (35 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Qərib |
Anası | Xuraman |
İxtisası | Ədəbi işçi, jurnalist |
Fəaliyyəti | QHT, Media, Ədəbiyyat |
Fəaliyyət illəri | 2005-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | Media |
Janrlar | nəsr, poeziya, publisistika |
İlk əsəri | "Lal məhəbbət" kitabı |
Üzvlüyü | Azərbaycan Yazıçılar Birliyi |
twitter.com/gariboghlu | |
Vikianbarda əlaqəli mediafayllar |
1 Fevral 1989-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndir.
Bədii yaradıcılığa erkən yaşlarından başlayan Zaur Qəriboğlu beş – “Lal məhəbbət” (2006), “Kamilliyə doğru ikinci addım” (2008)“Aldadılmış ər” (2010), "Səni yaradanı sevirəm" (2011), "Qaragünün Ağgün vəkili" (2011) kitablarının müəllifidir. Bununla yanaşı bir neçə qəzet və jurnallarda bədii, publisistik yazılarla etmişdir.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ilin Prezident mükafatçısıdır.
2005-ci ildən Azərbaycan mətbuatında sosial, ədəbi-bədii yazıları ilə çıxış edir.
2010-2012-ci illərdə "YazarKlub.org"un baş redaktoru, 2011-2015-ci illərdə "wwww.karabakhinfo.com" elektron jurnalının baş redaktoru olmuşdur.
2015-ci ildən "Reaksiya Media Group"un təsisçi və direktoru, eyni zamanda "reaksiya.az" informasiya portalının direktorudur.[3]
2016-cı ilin fevral ayının 1-dən isə 5 dildə (Azərbaycan, ingilis, rus, türk, ispan) fəaliyyətə başlayan "www.karabakh.today" portalının təsisçi və direktorudur.
20 aprel 2016-cı ildə “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin təsisçilərindən biri olub, birliyin ümumi yığıncağında sədr seçilmişdir.
1 iyul 2018-ci il tarixdə “Reaksiya Media Group”un tərkibində Youtube platformasında fəaliyyət göstərən "Reaksiya TV" kanalını təsis etmiş, hazırda da televiziyaya rəhbərlik edir.[4]
“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin 27 iyul 2022-ci il tarixli ümumi yığıncağının qərarı ilə təşkilatın adı "Media Araşdırmaları və Monitorinq Mərkəzi" ictimai birliyinə dəyişdirilərək, mərkəzin sədri seçilmişdir. [5][6]