Zavala monastırı

Zavala monastırı (serb. Манастир Завала, bosn. xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə[1] - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı.

xristian
Zavala
42°50′56″ şm. e. 17°58′31″ ş. u.
Din
Yeparxiya Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyası
Statusu milli
Yerləşməsi
Ölkə Bosniya və Herseqovina Bosniya və Herseqovina
Bölgə Bosniya və Herseqovina Federasiyası
Əyalət Herseqovina-Neretva Kantonu
Kənd Zavala
Zavala monastırı xəritədə
Zavala monastırı
Zavala monastırı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi.[1]

1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb. 1621-ci ildə gələcək serb iyerarxı Vasili Ostrojski Zavala monastırına kilsə şagirdi olaraq gəlir. XVII-XVIII əsrin əvvəllərində Türk-Venesiya müharibələri zamanı monastır bir neçə dəfə zədələnmiş, 1722-ci ildə isə dağıdılmışdır. XIX əsrdə hegumen İsaya (Şoiç) tərəfindən bərpa edilmişdir. İkinci Dünya müharibəsi zamanı monastır Ustaşe tərəfindən böyük ziyan gördü.[1] 1992-1995-ci illər Bosniya müharibəsi zamanı Zavala döyüş bölgəsi ərazisində olduğu üçün, məbəddən başqa monastırın bütün binaları dağıdılmışdı. 2000-2002-ci illər ərzində monastır tamamilə bərpa edilmişdir.[2]

Zavala monastır kilsəsi 2003-cü ildən Bosniya və Herseqovinanın milli abidələri siyahısına alınmışdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Епархија захумско-херцеговачка: Манастир Завала" (serb). 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
  2. "Монастырь Завала". Путеводитель по Боснии и Герцеговине. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
  3. "Graditeljska cjelina crkve Vavedenja Bogorodice u Zavali, Opština Ravno" (serb-xorvat). Komisija za očuvanje nacionalnih spomenika BIH. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-15.