Zaya su anbarı

Zeya su anbarı
Ölkə  Rusiya
YerləşməsiAmur vilayəti
Uzunluğu227 m
Eni24 m
Sahəsi2.420 m²
Həcmi68,4 m³
Dolma ili1.980
Zeya su anbarı (Rusiya)

Zeya su anbarıRusiyanın Amur vilayəti ərazisində Zeya çayı üzərində yerləşən su anbarı. Su anbarı 1974–1980-ci illərdə inşa edilən bənd sayəsində yaradılmışdır.

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Su anbarı Zeya çayının yuxarı axarlarında qərarlaşır. 40 kilometrlik enə malik hissəsindən digər hissələrdə su anbarı ensizdir. Bəzi hissələrdə isə hətta körfəzlər əmələ gətirir. Baykal-Amur magidtralı su anbarının şimalından keçir.

Zeya su anbarının uzunluğu 227 km, nisbətən enli hissəsi 24 km, sahəsi 2420 km², həcmi 68,4 km³, dərinliyi 4–30 metr arasında dəyişir. Su anbarı həcminə görə Rusiya ərazisində Brat (169,3 km³) və Krasnoyarsk (73,3 km³) su anbarlarından sonra üçündür. Qış ayları su anbarının səthində 120–150 sm buz formalaşır. Su anbarının dəniz səviyyəsindən hündürlüyü 307 metrdir. Su anbarı su tutumunun 87 % yayın ikinci yarısında qəbul edir.

Tikilmə tarixi

[redaktə | mənbəni redaktə et]

Tikintisi 1974-cü ildə Zeya çayının qarşısının kəsilməsi nəticəsində yaranmışdır. Çayın Tukurinqa və Soxtaxan silsilələrini kəsdiyi yerdə bəndin tikilməsi nəticəsində formalaşmışdır. Tikintisi başa çatdıqdan sonra anbarın su ilə doldurulması nəticəsində 3,9 min ha ərazi suyun altında qalmışdır. Burada 14 yaşayış məntəqəsi mövcud olmuşdur. Bu məntəqlələrdə ümumilikdə 4 460 nəfər yaşayırdı. Bu anbar həm də çayın nizamlanmasımı təmin edir[1]

Su anbarının tikintisindən sonra balıqların növ tərkibində azalma baş vermişdir. Çayda mövcud oıan 34 növdən cəmi 12 növü hazırda anbarda yaşayır.

Bəndin atılması ilə bir çox növlər miqrasiyası mümkunsuzləşir. Bu səbəbdən sayları azalaraq yoxa çıxmışdır. Yeni su basmış ərazilər balıqların yeni məskənlərinə çevrilmişdir. Bəzi balıqların isə bu şərait yeni imkanlar açdığından təbii olaraq saylarında çoxalma müşahidə edilir.

Su anbarında balıqçılığın sənaye istehsalı 1981-ci ildən başlanılır. Balıq hasilatı olduqca az olmuşdur. Səbəb isə mərkəzlərdən uzaq olması olmuşdur.

Balıqçılıq sənayesində əsasən uzunluğu 25 m, hündürlüyü 1,75 m olan torlardan istifadə edilir.

1986–1987-ci illərdə hər hektara 0,8 kq balıq ovlanılmışdlr[2]

Su anbarının sahilində yerləşən yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]
  • Vomnak (şimalda)
  • Qornıy (şimalda)
  • Verxnezeysk (şimal-şərqdə)
  • Xvoynıy (şimal-qərbdə)
  • Bereqovoy (qərbdə)
  • Snejnoqorski (şərqdə)
  1. "Zeya su anbarı". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-16.
  2. Zeya su anbarı. K. A. Timirzayev adına MSХА Zootexnik fakültəsi.