Zemfira Quliyeva (aktrisa)

Zemfira Quliyeva (23 noyabr 1937, Kirovabad3 noyabr 1997, Bakı) — azərbaycanlı teatr və kino aktrisası. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası. Lirik-soprano səsə malik olub.

Zemfira Quliyeva
Zemfira Nəriman qızı Quliyeva
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1963-1997
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

Zemfira Quliyeva 23 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indi ki Bakı Musiqi Akademiyası) vokal fakültəsinin solo oxu şöbəsinə daxil olub.30 iyun 1962-ci ildə ali təhsilini başa vurub. Zemfira xanım ikinci kursda oxuyanda bəstəkar Süleyman Ələsgərovun və rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə dəvət olunub. İki il bu kollektivdə çalışıb. Bir sıra tamaşalarda əsəs partiyaları oynayıb.1960–1963-cü illərdə Azərbaycan Dövlət Radiosunun xorunda çalışıb.1963-cü ildə Musiqili Komediya Teatrının aparıcı solisti götürülüb. Zemfira Quliyeva otuz ildən çox Musiqili Komediya Teatrının reperturarındakı, demək olar əsas tamaşaların qəhrəman sevgili obrazlarını uğurlu ifa edib. Yaradıcılığının son bir neçə ilində isə tipik personajların səhnə surətini yaradıb. Musiqili Komediya Teatrının yaradıcılığı yolunda, solist ifaçılığında formalaşmasında özünə məxsus xidmətlər göstərmiş Zemfira Quliyeva 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub. Aktrisa 3 noyabr 1997-ci ildə Bakıda vəfat edib.

  • Gülnaz və Gülçöhrə-"Məşədi İbad","Arşın mal alan"(Üzeyir Hacıbəyov)
  • Səlmə, Qonşu qız, Gülər, Gülnar, Həkim-"Özümüz bilərik","Milyonçunun dilənçi oğlu","Sevincik qız axtarır","Olmadı belə oldu belə"(Süleyman Ələsgərov və Şıxəli Qurbanov)
  • Çiçək-"Ev bizim sirr bizim"(Novruz Gəncəli və Şəfiqə Axundova)
  • Sona-"Hacı Qara"(Mirzə Fətəli Axundov və Şəmsi Bədəlbəyli)
  • Ulduz-"Ulduz"(Sabit Rəhman, Süleyman Ələsgərov)
  • Pəri-"Altı qızın bir Pəri"(Məhərrəm Əlizadə və Tofiq Bakıxanov, Nəriman Məmmədov)
  • Əsli-"Məmmədəli kurorta gedir"(Atif Zeynallı, Tofiq Bakıxanov və Nəriman Məmmədov)
  • Xavər"Höcət eləmə"(Qazı Məmmədov, Ağabacı Rzayeva, İsmayıl Quliyev)
  • Sevda-"Qayınana"(Məcid Şamxalov, Zakir Bağırov)
  • Leyli-"Gözün aydın"(Məhərəm Əlizadə və Fikrət Əmirov)
  • Qızılgül-"Qızıl gül"(Məhərrəm Əlizadə və Soltan Hacıbəyov)
  • Laçın-"Bizə bircə xal lazımdır"(Qulamrza Cəmşidi, Bəşir Səfəroğlu, Telman Hacıyev)
  • Ceyran-"Ləpələr"(Əliağa Kürçaylı, Arif Məlikov)
  • Nərgiz -"Axırı yaxşı olar"(Rəfiq Zəka Xəndan, Ramiz Mustafayev)
  • Gülsabah-"Qız görüşə tələsir"(Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov)
  • Mirvari-"Toy kimindir?"(Məhərrəm Əlizadə, Ağası Məşədibəyov)
  • Xurşud"Dağlar qoynunda"(Ədil İsgəndərov, Əşrəf Abbasov)
  • Mənzər-"Həyətim mənim, həyatım mənim"(Cahangir Məmmədov, Əşrəf Abbasov)
  • Büllurə, Nərgiz-"Nənəmin şahlıq quşu","Boşanaq evlənək"(Əliağa Kürçaylı, Vasif Adıgözəlov)
  • Hicran, Fatı-"Hicran"(Sabit Rəhman, Emin Sabitoğlu)
  • Sevic-"Qonşumuzda bir qız var"(Məhərrəm Əlizadə, Ramiz Mustafayev)
  • Keto-"Keto və Kote"(Levon Cubabiriya, Vladmir Dolidze, Tələt Əyyubov)
  • Sevil-"Məzəli əhvalatlar"(Ruhəngiz Qasımova)
  • Tülkü-"Baş tutmayan hiylə"(Əli Səmədli, Rəşid Şəfəq)
  • Əmanət-"Lotereya"(Vaqif Səmədoğlu, Aydın Əzimov)
  • Gülxanım-"Subaylarınızdan görəsiz"(İsi Məlikzadə, Süleyman Ələsgərov)
  1. Zəncirbənd (film, 1989)-Çimnaz

İlham Rəhimli-Azərbaycan Dövlət Musiqili Teatrı(səhifə 457-458-459)