Zeynəb Səlimova

Zeynəb Səlimova (d. Bakı ş.) — yazıçı, “Peşəkar Star” mükafatçısı.

Zeynəb Səlimova
Doğum yeri Bakı ş.
Milliyyəti azərbaycanlı
Təhsili Qərb Universiteti
Mükafatları Vladimir Mayakovski-125” medalı[1].
Peşəkar Star” mükafatı
zeynabsalimovabooks.com

Həyatı[redaktə | mənbəni redaktə et]

Zeynəb Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb.

1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakültəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib[2].

2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2001-ciildə turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib, 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib. Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib[2]. 2011-ci ildə doktorluq dərəcəsi aldıqdan sonra Azərbaycan Turizm və Menecment Universitetində müəllimə işləmişdir[3].

2009-2010-cu illərdə “Flydubai Airlines” hava yolları şirkətində çalışıb. 2015-ci ildən ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayır. 2017-2019-cu illərdə burada kollecdə oxuyaraq biznesin idarə olunması ixtisasına yiyələnmişdir.

Kitabları[redaktə | mənbəni redaktə et]

Zeynəb Səlimova on yaşından bədii yaradıcılıqla məşğul olumuşdur. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İlk şeirlər kitabı, “Все чувства выплеснуть позвольте2001-ci ildə, ikinci kitabı “Я хочу, чтобы длился день” isə 2005-ci ildə Bakıda işıq üzü görüb. Amerikaya gələndən sonra yazıçının iki romanı həm ABŞ-də və həm də Rusiyada nəşr olunub[2].

Onun 2017-ci ildə Amerikada işıq üzü görən “The Garnet Bunches” və 2018-ci ildə ərsəyə gələn “Up to Miracles: A Stone’s Throw from a Fairy Tale” kitabları ABŞ-nin bir sıra mötəbər sərgilərində nümayiş etdirilib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2018-ci ildə “The Garnet Bunches” kitabına görə “Pacific Book Review” təşkilatı tərəfindən “Peşəkar Star” mükafatına layiq görülüb.
  • Rusiyada nəşr olunan “Nar dənələri”, eləcə də “Möcüzəyə qədər. Nağıldan atılan daşlar” kitabları isə ona bu ölkədə nüfuz gətirib. Və “Vladimir Mayakovski-125” medalı ilə təltif olunub[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Азербайджана, поэтесса Зейнаб Салимова получила медаль "Владимир Маяковский 125 лет"
  2. 1 2 3 "ABŞ-də peşəkar yazıçı kimi tanınan ilk azərbaycanlı". 2019-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-10.
  3. ABŞ-nin Texsas ştatında yaşayan Zeynəb Səlimova[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Rəsmi saytı