Zeynəb Xatun

Zeynəb Xatun (1420[1]1474[1]) — Divan ədəbiyyatının ilk qadın şairi olaraq tanınır. Mehri Xatun ilə eyni dövürdə yaşamışdır. 

Zeynəb Xatun
Doğum tarixi 1420[1]
Vəfat tarixi 1474[1]
Fəaliyyəti şair
Vikimənbənin loqosu Zeynəb Xatun Vikimənbədə

XV əsrdə Amasyada yaşamışdır. Qazi qızı, həmçinin qazi yoldaşı olduğu deyilir. Müasiri olan Mehri Xatun ilə aralarında lətifələr və qarşılıqlı deyişmələri vardır.

Divanı, Sultan Mehmedin adına tərtib edilmişdir.

Zeynəb Xatunun şeirlərində qadınların yadırğayacağı bir sıra düşüncələr vardır; Qadının istəklərinə acgözlülük olaraq baxmış və dövrünün qadınının alçalma kimi hallardan qurtulma istəyini tez-tez dilə gətirmişdir.  Zeynəb Xatun, bir şair olaraq qəbullanmaq üçün arzularının "mərdanə" (kişiyə yaraşan, mərdcəsinə) olmağını istəmişdir. Eyniylə təvazökar bir kişi kimi alicənab olmaq istədiyini vurğulamışdır. Yumşaqlıq, istiqanlılıq kimi qadına məxsus xüsusiyyətləri, zəiflik və ruhi əskiklik olaraq görmüşdür.

Aşiq Çələbi "Məsairüs Şüəra" adlı kitabında Zeynəb Xatunun həyatının son illərində şeirdən əl çəkdiyini və özünə qapandığını qeyd etmişdir.ış

Əsərlərindən nümunələr

[redaktə | mənbəni redaktə et]

Qəzəl

Kəşfet nikabını yeri göyü münəvvər et

Bu aləm ənasiri firdövs-i ənvər et

Depret ləbini cuşə gətir həcz-i kövsəri

Anbər saçını çöz bu cinanı müəttər et

Xəttin bərat verdi saba yelinə dedi

Tez ər Hatay'a Çin'i təmam et müsəəhhar et

Yara yolunda eşq ilə dərdindən ölənin

Kim dər sana ki həcr ilə canın mükəddər et

Zeynəb çü dost zülfi kimi tarümarsın

Divanə olma şeirini divan ü dəftər et

Zeynəb qo meyli zinət-i duüyaya zən kimi

Mərdanə var Sadə-dil ol tərk-i zivər it

  1. 1 2 3 4 Zeynep Hatun // WomenWriters (ing.).