Zeynəb Zərbəli qızı

Zeynəb Zərbəli qızı (d.1860 – ö.1942) — XIX əsrin qadın aşıqlarındandır.

Zeynəb Zərbəli qızı
Doğum tarixi
Doğum yeri Şirvan Kolan
Vəfat tarixi
Vəfat yeri Şirvan Kolan

Zeynəb Zərbəli qızı 1860-cı ildə Şirvan bölgəsində Kolanı elatının Goran obasında anadan olmuşdur. Üç oğul, bir qız anası olan Zeynəb 1942-ci ildə 82 yaşında vəfat etmişdir. Bəndəlinin həyat yoldaşı olmuşdur. İndi Bəndəliyev soyadı olanlar Bəndəlinin və Zeynəbin nəvə, nəticə və kötücələridir..

Babası Çürük İslamın yanında böyümüşdür[1]. Zeynəbin atası da şair imiş. Onun bu sənəti seçməsində atasının böyük rolu olub. Zeynəbi çobanları İsmayıl sevsə də ailəsi onun çoban ilə evlənmək istəyinə qarşı çıxıb.

Şairənin şeirlərində haqsızlıqlara qarşı üsyan motivləri özünü büruzə verir. Əsasən gəraylı, qoşma janrlarına müraciət etmişdir.

  • Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1930, 127–139.
  1. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.120