Zeynəddin Qaraca bəy Zülqədər

Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu ZülqədərZülqədəroğulları bəyliyinin banisi, hökmdar.

Zeynəddin Qaraca bəy Zülqədər
Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu Zülqədər
Vəfat tarixi
Vəfat yeri Qahirə
Uşaqları

Zeynəddin Əhməd Qaraca bəy Həsən bəy oğlu 1334–1353-cü illərdə Zülqədəroğulları bəyliyinin başçısı olmuşdu. Elxanlı dövləti hökmdarı Əbu Səid Bahadur xanın buraxdığı boşluqdan istifadə edən Qaraca bəy məmlüklərin Hələb valisi ilə birləşərək Əlbistanı ələ keçirdi. Bəylik qurduqdan sonra ilk savaşını Ərətna bəyliyinə qarşıbaşladı. Təfsilatı ilə qeyd etsək XIII yüzilin sonlarında HələbAntəb arasındaki bölgələrə yerləşən Bozoq türkmənləri burada bəzən məmlüklərlə birlikdə quzeyə, şimala doğru yailan səfərlərə qatılır, bəzən də yalnız başlarına Çuxurovadaki ermənilər üzərinə basqın edirdilər. Elxanlı hakimiyəti altında olan Anadolu içlərinə qədər gələn bu türkmənlərin başında Həsən bəy oğlu Zeynəddin Qaraca bəy dururdu. Zeynəddin Qaraca bəyin ətrafında toplanan türkmənlər Antəbdən Əlbistana qədər uzanan bölgələri əllərinə keçirmişdilər. Bunların məmlüklərin davamlı hücumları ilə sarsılmış olan kiçik erməni knyazlığının zəif düşməsindən də faydalanaraq beş min atlı ilə Çuxurovaya girdikləri və bu knyazlığın şərq bölgələrini xaraba qoyaraq zəngin gənimətlərlə Maraşa geri döndükləri bilinməkdədir (1335).

Eyni tarixdə Elxanlı hökmdarı Əbu Səid Bahadır xan ölmüş və Anadoludaki türkmən bəyləri üçün bir hərəkət yolu açılmışdı. Bu fürsətdən faydalanan və Qaraca bəy kimi bir türkmən bəyi olan Taraqlı Xəlil bəy Əmir Ərətnanın əlindən Əlbistan yörəsini almağa müvəffəq oldu. O, eyni zamanda məmlüklərin Hələb valisinə hədiyyə olaraq yüz at göndərib, onun vasitəsiylə Sultan Məhəmməd Nasırdən şəhərin hakimiyyət mənşurunu (fərmanını) da əldə etdi. Özünə rəqib olaraq diğər bir türkmən bəyinin ortaya çıxışı, bölgədəki bütün türkmənləri idarəsi altına toplamaq istəyən Qaraca bəyi əndişələndirməyə başladı. Zülqədəroğlu Qaraca bəy, ertəsi il oğlu Xəlil bəyi göndərərək Taraqlı Xəlil bəyi məğlubiyyətə uğratdı və Əlbistanı ələ keçirdi (1337). Savaşda yaralanmış olan Taraqlı Xəlil bəy isə məmlüklərin Hələb valisi Altın Buğanın yanına gedərək ona tabe oldu və ondan yardım istədi. Hələb valisi Qaraca bəyə qarşı Taraqlı Xəlil bəyi dəstəkləyirdi. Buna görə Qaraca bəy Qahirəyə gedərək Sultan Məlik Nasir Məhəmməddən Əlbistan naibliyinin mənşurunu (icazəsini) aldı və bölgədəki türkmənlərin rəisi olaraq qəbul edildi. Beləcə 1337-ci ildə məmlüklərin himayəsi altında Maraş və Əlbistan bölgələrində iki əsrə qədər davam edəcək olan bir bəyliyin təməli atılmış oldu. Qaraca bəy ölkəsinə dönərkən Qahirədə onun şərəfinə möhtəşəm bir ziyafət düzəldi və o zamanin adətinə görə məiyyətini təşkil edən türkmənlərin hər birinə qiymətli hədiyyələrlə birər xələt verildi.

Qaraca bəy Əlbistan mərkəz olmaq üzərə bəyliyini qurduqdan sonra, Anadoluda Elxanlı hakimiyətinin yıxılmasından da istifadə edərək ətrafdakı diğər şəhərlərin fəthinə başladı. Dərhal quzeyə, şimala doğru göndərilən Zülqədər türkmənləri Ərətna bəyin əlindəki yerlərə basqınlara başladı. Ancaq məmlük sultanının etirazı üzərinə bu basqınlar durduruldu. Bununla bərabər Qaraca bəy, əmirlərindən bir qismini, Əratnanın qüvvələri tərəfindən mühafizə edilən Darəndə qalası üzərinə göndərdi. Qaraca bəyə bağlı türkmənlər Darəndə qalası mühafızəçilərini qılıncdan keçirərək qalanı zəpt etdilər. Beləcə Darəndə zülqədərlilərin əlinə keçdi (1338).

Qaraca bəy Darəndəni dərhal Sam valisinin adamlarına təslim etdi və bu hərəkəti ilə məmlük sultaninin təqdir və sevgisini qazandı.

Darəndənin fəthindən sonra Qaraca bəyin Əmir Əratna ilə arası dəydi. Əratna bəy, çoxsayli bir ordu ilə zülqədərlilərin ərazisinə hücum etdi. Zeynəddin Qaraca bəy torpaqlarına hücum edən Əratna bəy ordusunu məğlubiyyətə uğradaraq bölgədən uzaqlaşdırdı. 1339-cu ildə baş vərən müharibədə Qaraca bəy həm raqibinin oğlunu əsir aldı, həm də zəngin qənimət ələ keçirdi. Bu savaşdan bir sürə sonra Sultan Nasirin aracılığı ilə iki tərəf arasında sülh yarandı.

Zülqədərogulları bəyliyi ilə Əratnalılar arasında baş tutan bu andlaşmağa baxmayaraq Qaraca bəy əmrindəki türkmənlər Orta Anadoluya basqınlar etməkdən geri durmurdular. Qaraca bəy Əratna ölkəsinə basqınlar edərkən türkmən əmirlərindən biri olan Daşgun (Danuşgu)oğlu da onun bəyliyini tanımayaraq davamlı surətdə Zülqədərli elini rahatsız edirdilər. Bu durum üzərinə Qaraca bəy Daşgunoğlunu və ona itaət etməyən diğər türkmən bəylərini məğlub etdi. Qaraca bəy dostu və hamisi olan Şam valisi Təngizin Misirə çağırılaraq öncə İskendəriyyədə həbs və sonra öldürülməsi üzərinə Məmlük dövləti ilə münasəbətini kəsdi və bu hadisənin ardından məmlük sultani Məlik Nasirin ölümünü eşidib Misirdə baş vərən qarışıqlıqdan da faydalanaraq müstəqilliyini elan etdi (1341).

Qaraca bəy Məmlük sultanlığına qarşı müstəqilliyini elan etdikdən sonra Əratnaoğulları ilə ittifaq bağlayaraq Hələbi ələ keçirmək üzərə hazırlıqlara başladı. Bu sırada Məmlük sultanlığı içərisində taxt qovgaları başlamışdı. Misir atabəyi olan Əmir Qoşun, Məlik Mənsuru öldürərək bəş yasındaki Məlik Əşrəfi taxta çıxarmış, beləcə özü dövlətə hakim olmuşdu. Ancaq bu duruma qarşı çıxan Hələb valisi Daşdəmir (TaşƏmir Teymur) üsyan edərək Əlbistana gəlmiş və Qaraca bəy ilə birləşmişdi. O tərəfdən Misirdə üsyançılar çox keçmədən Əmir Qoşunu qətledərək Məlik Əhməd Nasırı sultan elan etdilər. Hökmdara naib təyin edilən Daşdəmir (TaşƏmir Teymur) ilə bərabər Qaraca bəy də Qahirəyə getdi. Ancaq az sonra dostu Daşdəmir (TaşƏmir Teymur) tutuqlanınca eyni aqıbətə duçar olmamaq üçün dərhal Maraşa dönən Qaraca bəy məmlüklərə üsyan edərək Hələbi təhdid etməyə başladı.

Məmlüklərlə zülqədərlər arasındaki mücadilə 1343-cü ildə qarşılıqlı savaşa döndü. Bu il içərisində Əratna, Qarabük mövqeyində Çobanlı Şeyx Həsəni məğlub edərək əldə etdiyi qənimətin bir qismini zəfər nişanəsi olaraq Hələb valisi YelBuğaya göndərmişdi. Qənimət Zülqədərli ölkəsindən keçərkən əşyaların böyük bir qismi türkmənlər tərəfindən soyuldu. Bu duruma çox qızan Hələb valisi YelBuğa 1344-cü ildə böyük bir ordu ilə Zülqədərli ərazisinə girdi. Məmlük və Zülqədərli qüvvələri arasında meydana gələn savaşi Qaraca bəy böyük bir müvaffəqiyyətlə qazandı. Hələb qüvvələri 1343-cü ilin martında məğlub olaraq geri döndülər. Bu məğlubiyyətə çox qızan YelBuğa əmrindəki birliklərin hamısını hazırlayaraq zülqədər bəyinə qarşı yeni bir səfərə girişdi. Bu qədər böyük bir orduya qarşı dura bilməyəcəyini anlayan Qaraca bəy Düldül dağına çekildi. Dağın ətəklərində baş vərən ikinci Məmlük-Zülqədərli savaşını da Qaraca bəyin qoşunu qazandı. Bu qələbə Qaraca bəyin nüfuz və qüvvəsini bir qat daha artırdı.

Qaraca bəy bu zəfərin ardından məmlüklərin onun üzərinə daha böyük qüvvələr göndərməsindən əndişə edərək ələ keçirdiyi qənimətlərə əl vurmamış və onlarin hamısını Qahirəyə göndərmişdi. Üstəlik savaşın məsuliyyətini Hələb valisinə yükləyərək özünün günahsız oldugunu bildirdi. Məmlük sultani Məlik Saleh İsmayıl özünə qarşı güçlü bir rəqib halına gəlmiş olan Zülqədəroğlu Qaraca bəyin üzrünü qəbul etməyə məcbur qalmış və ona bəylik (hakimlik) fərmanı göndərmişdi.

Qaraca bəy 1345-ci ildə ermenilər arasında meydana gələn qarışıqlıqdan faydalanaraq Çuxurovanın quzeyində, şimalında olan Gəbən qalasını ələ keçirdi. Bu sırada Bizans imperatoru olan II Konstantin Ermənilərə yardıma gəldi. Qaraca bəy onu da ağır bir məğlubiyyətə uğratdı və ağırlıqlarını yağmaladı.

Qaraca bəy ilə Hələb valisinin arası Gəbən qalasının fəthi üzündən yenidən pozuldu. Hələb valisi Arıktay Gəbən qalasına öz mühafızlərini yerləşdirmek istedi. Hələb valisi ilə Qaraca bəy arasındaki bu qarışıq durumdan faydalanan ermenilər Gəbən qalasını geri aldılar (1346).

Göründüyü kimi Zülqədərli-Məmlük münasibətləri Zülqədərli bəyi ilə Hələb valiləri arasındaki dostluq ilişkilərinə bağlı idi. Hələb valiliyinə Argunşahın təyin edilməsi, Arıktayın pozulmasına səbəb oldugu ilişkiləri yenidən düzəltdi. Beləcə Qaraca bəyin məmlüklərlə münasibətləri yenidən düzəldi. Ancaq Qaraca bəyin arası məmlüklər ilə bir il sonra təkrar pozuldu. Qahirədə Məlik Nasir Həsən 1347-ci ilin sonlarında taxta çıxınca Hələb valiliyində edilən yersiz və zamansız dəyişiklik əlaqələri alt-üst etdi. Zülqədərlilərin arzu etmədiyi Arıqtay 1348-ci ilin martında ikinci dəfə Hələb valiliyinə təyin edildi. Zeynəddin Qaraca bəy, düşmanı olan bu hakimin Hələbə gətirilməsinin əleyhinə bir hərəkət olaraq gördüyündən Məmlük dövlətinə olan tabeçiliyinə son vərdi. Məliküz-zahir ünvanını alaraq özünü müstəqil bir hökmdar elan edən Zeynəddin Qaraca bəy Hələb və ətrafına qarşı basqınlara başladı. Ayrıca Kilikya erməni işxanlarına da xəbər göndərərək Məmlük Sultanlığına ödədikləri vərgini bundan sonra ona göndərilməsini istədi.

Qaraca bəy özəlliklə Argunşahın öldürülməsindən sonra məmlüklərə qarşı olan düşmənçiliyini daha da artırdı (1349). Bu tarixdən sonra Hələb üzərinə daha çox basqınlar etməyə başladı. Onun məqsədi tamamilə müstəqil hala gəlmək idi. Bu tarixdən sonra Qaraca bəy Məmlük dövlətinə qarşı Suriyada qalxan bütün üsyanlara qatıldı. Məmlük sultanlığına qarşı ayaqlanmış olan Hələb valisi Baybuğa ilə birləşərək Dəməşq üzərinə yürüş etdi. Özünə qarşı başladılan üsyanın böyüdüyünü görən məmlük sultani çoxsaylı bir ordunu asi qüvvələr üzərinə göndərdi. Əmir Baybuganın bu güc qarşisinda məğlub olub öldürülməsinə görə Qaraca bəy və diğər asi əmirlər Əlbistana çəkildilər. Qaraca bəy Misir sultani və əmirlərinin israr və təminatlarına baxmayaraq köçkünləri təslim etmədi. Buna görə Sultan Məlik Saleh lələsi Əmir Argunun başçılığı ilə böyük bir ordunu Əlbistan üzərinə göndərdi. Ayrıca Zülqədərli bəyinin bu davranışına çox qızan məmlük sultani, bu tarixdən sonra Zülqədərli bəyliyinin hakimiyet fərmanını üçoq türkmənlərinin rəisi Ramazan bəyə vərdi.

Durumun təhlükəli bir hal aldığını görən Zeynəddin Qaraca bəy, asi əmirləri dərhal tutduraraq Qahirəyə göndərdi. Bu əmirlər Qahirəyə gələr-gəlməz öldürüldülər. Məmlük sultani Məlik Saleh, Qaraca bəyin də cəzalandırılması gərəkliyini düşünərək, Argunşaha onu hiylə ilə yaxalaması üçün təlimat vərib, tələ olaraq ona təqdim etmək üzrə bir fərmanla xələt göndərdi. Vali Argunşah, Qaraca bəyi, məmlük sərkərdəsinin hüzuruna fərmanını almaq və xələtini geymək üçün Hələbə dəvət etdi. Ancaq Qaraca bəy, ona qarşı düzəldilən bu hiyləni sezərək Hələbə getmədi. Buna görə məmlük sultanı lələsi Argunşahdan Zülqədərlilər üzərinə hərəkət etməsini istədi. Ramazanoğullarından və Suriya əmirlərindən aldığı yardımçı qüvvələrlə Əlbistana yürüş edən Əmir Argun, ona yardım etməsi üçün Sivas valisi Hacı Qutluşaha da məktub göndərdi. Xəbəri alan Qutluşah ordusu ilə Əlbistana gələrək Əmir Argunun qoşununa qatildi. Bu qatılmalarla birlikdə 25.000 nəfərə çatan müttəfik qüvvələr, Zeynəddin Qaracanın ölkəsini yandırıb yıxaraq Əlbistanı xaraba qoyduqdan sonra Düldül dağına qaçan Qaraca bəyi burada mühasirəyə aldılar. Argunşah və müttəfiqlərinə qarşı 20 gün mücadilə edən Qaraca bəy nəticədə məğlub oldu. Bütün ağırlıqları və məiyyəti Əmir Argunun əline keçdi. Özü isə çox çətinliklə qaçmağı bacararaq Ərətnaoğlu Qıyasəddin Məhəmməd bəye sığındı.

Bu durum üzərinə Misir Məmlük sultani, Məhəmməd bəyə xəbər göndərərək Qaraca bəyin ona təslim edilməsini istədi. Məhəmməd bəy isə onu təslim etmək istəmirdi. Bu səbəblə Qaraca bəyə yaxşı davranaraq ona izzət və ikramlarla yanaşdı. Ancaq Əmir Argunun onu təhdid etməsinə görə Qaraca bəyi Hələbə göndərməyə məcbur oldu (22 sentyabr 1353). Qaraca bəy bir müddət burda həbsdə qaldıqdan sonra Qahirəyə aparıldı. Burda Məlik şahla görüşən Qaraca bəy 11 dekabr 1353-cü il tarixində işgəncə ilə öldürüldü və cəsədi üç gün Üveylə qapısından asıldı.

Zeynəddin Əhməd Qaraca bəyin Xəlil bəy, Şaban Sülü bəy, Osman bəy, İbrahim bəy, İsa bəy və Davud bəy adlı oğulları vardı.