Zeynalabdin bəy Həsənəli bəy oğlu Sadıqov—rus ordusunun və ADR-in zabiti.
Zeynalabdin bəy Sadıqov | |
---|---|
Zeynalabdin bəy Həsənəli bəy oğlu Sadıqov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | bilinmir |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Zeynalabdin bəy Həsənəli bəy oğlu 1884-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. 1914-cü il iyunun 30-dan “Qafqazın yerli əhalisindən təşkil olunmuş diviziya”nın Azərbaycan alayında kəşfıyatçı kimi hərbi xidmətə başlamışdı. Birinci Dünya Müharibəsində Qərb cəbhəsində vuruşmuşdu. Unter-zabit kimi döyüşlərdə iştirak etmişdi. Əla döyüş xidmətlərinə görə 1916-cı il aprelin 30-da üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), yenə həmin il avqustun 30-da üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), iyunun 17-də dördüncü dərəcəli “Müqəddəs Anna” (üstündə fövqəladə “İgidliyə görə yazısı ilə), 1916-cı ilin iyunun 17-dən 1917-ci il iyunun 28-dək Qərb cəbhəsində gedən döyüşlərdə ikinci, üçüncü, dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı və dördüncü dərəcəli Georgi medalı ilə təltif olunmuşdur. İkinci Qarabağ süvari alayında dördüncü bölüyün komandiri idi. O, ştabs-rotmistr rütbəsini 23 mart 1918-ci ildə Milli Azərbaycan ordusunda almışdır.
Zeynalabdin bəy Tubu xanım Məşədi Novruz qızı Hacıyeva ilə ailə qurmuşdu. Teymur bəy, Saleh bəy adlı oğlanları var.