Zeyqarnik effekti

Zeyqarnik effekti – insanların yarımçıq və nataman qalmış tapşırıqları tamamlanmış tapşırıqlardan daha yaxşı xatırlaması ilə xarakterizə olunan effekt.[1]

Psixoloq və tədqiqatçılar Kurt Levin ve Bluma Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman ofisiant, doğrudan da, hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq hesabı ödənməmiş stolların, lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.

Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və 1927-ci ildə işini yayımlayır.[2] Məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir. Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edib ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır.

Son illərdə bu effektin doğruluğu müzakirə olunur.[3]

  1. cf. Kurt Koffka, Principles of Gestalt Psychology, 1935, pp 334ff.
  2. Zeigarnik 1927: Das Behalten erledigter und unerledigter Handlungen. Psychologische Forschung 9, 1–85.
  3. Einstein, Gilles O.; McDaniel, Mark A.; Williford, Carrie L.; Pagan, Jason L.; Dismukes, R. Key. "Forgetting of intentions in demanding situations is rapid" (PDF). Journal of Experimental Psychology: Applied. 9 (3). 2003: 147–162. doi:10.1037/1076-898X.9.3.147. PMID 14570509. Archived from the original on 2016-03-04. İstifadə tarixi: 2019-03-02. [...] there is controversy regarding the reliability of the Zeigarnik effect [...]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]