Zilqala

Zilqala ― Çamlıhemşin Rizə ilçəsinin 12 km cənubunda, Fırtına vadisindəki bir keçiddə hündür bir təpə üzərində (dərə yatağından 100 metr, dənizdən 750 metr hündürlükdə) yerləşir. 8 bürc və bir müşahidə qülləsindən ibarət müdafiə xəndəyi vəziyyətindəki Zil dərəsinə nərdivanla düşülən bir qaladır və dəqiq tikilmə tarixi məlum deyil.

Zilqala
türk. Zilkalesi
Xəritə
40°57′33″ şm. e. 40°57′46″ ş. u.HGYO
Ölkə Türkiyə Türkiyə
Şəhər Rizə
Aidiyyatı Trapezund imperiyası
Tikilmə tarixi XIV-XV əsrlər
Zilqala (Türkiyə)
Zilqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taxta olan daxili konstruksiya çürüyüb yox olmuşdur. Bryera görə şimal divarına bitişik dördbucaq quruluşlu otaq bir girişlidir[1]. Zil qala, Varoş qala, Bazar qalası ilk baxışda eyni memar tərəfindən tikilmiş və eyni məqsədlə istifadə olunmuş təəssüratı verir.

Bryer, Trabzon İmperatorluğu dövründə ya şəxsən Komnenoslar, ya da İmperiyaya bağlı yerli Lordlar (məsələn: Zil qala üçün Həmşin Lordu Arhakel) tərəfindən tikildiyini güman etməkdədir. Bıjışkyan (1871) "Qayalığın üzərində yerləşən və Zilqala deyilən qədim bir qalanın içində insana heyrət verən kəmərli binalar və böyük bir qüllə var. Qalanın alt ucu, təpələrin üzərində başqa qalalara və qədim bir kilsə qalıqları olan Fırtına dərəsinə qədər uzanır" deyərək müşahidələrini danışarkən, təəssüf ki, qala tarixi haqqında məlumat verməmişdir.

Osmanlının bölgəni fəth etdikdən sonra da qalanı bu adla hərbi məqsədlərlə istifadə etmişdir. 1979-cu ildə qalada yerləşən 26 sm uzunluq və 4-4 ½ sm diametrində olan iki əl topu Trabzon muzeyinə təhvil verilmişdir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. RYER A. & WINFIELD D. (1985), Byzantine Monuments and Topography of the Pontos. Dumbarton Oaks Center Studies. 2 vol. Washington.