Zirehli molluskalar və ya xitonlar

Zirehli molyusklar və ya zirehlilər (lat. Polyplacophora) — molyusklar tipinə aid heyvan sinfi.

Zirehli molyusklar
Tonicella lineata 1.jpg
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
Sinif:
Zirehli molyusklar
Beynəlxalq elmi adı

Zirehli molluskalar və ya xitonlar (Loricata) - həcmcə böyük olmayan sinif. İkitərəfli simmetrik yumşaq bədən yarımdairəvi başdan, daxili kisədən və enli ayaqaltıyabənzər ayaqdan ibarətdir. Tənəffüs ibtidai molluskalara xas olan çoxsaylı qoşa qələsəmələr vasitəsilə həyata keçirilir. Yumşaq bədən üst hissədə zirehlə mühafizə olunub. Xitonlar zirehi kirəmit kimi bir-birinin üzərinə yatan mütəhərrik bir-birinə bağlanmış hamar və ornamentli səkkiz lövhədən ibarətdir. Xitonlar evriqalin formalar olub, əsasən, dayazlıqda məskunlaşırlar, lakin bəzən 4000 m-dək dərinlikdə rast gəlinir. Xitonlar yosunlarla və ya foraminiferlərlə, nadir hallarda süngərlərlə qidalanır. Xitonlar qazıntı halında gec kembridən məlumdur, müasir nümayəndələri Qara dənizdə, Şimal və Uzaqşərq dənizlərində yaşayır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
  1. Integrated Taxonomic Information System (ing.). 2004.