Zirve Awards

"Zirve Awards" — "AAAF Holdinq" şirkətinin beynəlxalq brendi – "Zirvə" Beynəlxalq İdman Klublarının ənənəvi mükafatı[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

"Zirve Awards" mükafatının təqdimat mərasimi 14 yanvar 2019-cu ildə Bakıdakı "JW Marriott Absheron" otelinin "Şərq" zalında keçirilmişdir. Mərasimdə Azərbaycan idmanının tanınmış simaları, idmançılar, məşqçilər, digər vəzifəli şəxslərinin də içərisində olduğu 150-yə yaxın qonaq iştirak etmişdir.

Qaliblər[redaktə | mənbəni redaktə et]

14 yanvar 2019-cu ildə 9 nominasiya üzrə 30 mükafat təqdim edilmişdir. Nominasiyalar üzrə qaliblər bunlardır:

İlin komandası
  1. Azərbaycanın yeniyetmə oğlanlardan ibarət yığma komandası
  2. Bədii gimnastika üzrə "Zirvə" komandası
  3. Azərbaycanın yeniyetmə qızlardan ibarət yığma komandası.
İlin klubu
  1. "Lənkəran-Zirvə"
  2. "Ankara-Zirvə"
  3. "Xırdalan-Zirvə"
İlin məşqçisi
  1. Asif Məmmədov (ağır atletika üzrə yığma komandanın baş məşqçisi)
İlin yarışı
  1. 6-cı Zirvə Oyunları
İlin hakimi
  1. Elxan Süleymanov – sabiq ağır atlet, Avropa kubokunun sahibi. Beynəlxalq dərəcəli hakim
İdmanın inkişafında göstərdiyi xidmətlərə görə
  1. Kaxi Kaxiaşvili. Canlı əfsanə, üçqat Olimiya çempionu. Gürcüstan AAF-ın prezidenti
  2. Halil Mutlu. Canlı əfsanə, üçqat Olimpiya, 5 qat dünya, 10 qat Avropa çempionu.
  3. Nizami Paşayev. Ağır atletika üzrə dünya çempionu.
"Zirvə" BİK-in təbliğində xidmətlərə görə
  1. Fikrət Adıgözəlli, "İdman Azərbaycan TV"
  2. Rəşad Cəfərov, "Azərbaycan" qəzeti
İlin idmançısı
  1. Geogi Çxeidze (Tiflis-Zirvə, Gürcüstan)
  2. Ömər Cavadov (Xırdalan-Zirvə)
  3. Ramil Əhmədov (Bakı-Zirvə)
  4. Səid Əlihüseyni (Ərdəbil-Zirvə, İran)
  5. Tarmenxan Babayev (Naxçıvan-Zirvə)
  6. Dmitro Çumak (Jidaçiv-Zirvə, Ukrayna)
  7. Nicat Rəhimov (Qazaxıstan)
  8. Elşən Məmmədov (Lənkəran-Zirvə)
  9. Qalya Şatova (Smolyan-Zirvə, Bolqarıstan)
  10. Murad Əliyev (Sumqayıt-Zirvə)
  11. Anastasiya Qotfrid (Tiflis-Zirvə, Gürcüstan)
  12. Məhəmməd Məmmədli (İsmayıllı-Zirvə)
Olimpiya ümidləri
  1. Sevil Hüseynli (bədii gimnastika)
  2. Qurbanlı Leyla (ağır atletika)
  3. Nərmin Soltanova (cüdo)
  4. Hüseyn Hüseynov (karate)
  5. Hüseyn Xəlilov (İdman gimnastikası)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]