Zivər Sübhan qızı Ağayeva (1934, Qarasu – 22 iyun 2015[1], Bakı) — Azərbaycan şairəsi[2].
Zivər Ağayeva | |
---|---|
Doğum tarixi | 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyun 2015[1] |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | Azərbaycan dili |
Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan olmuşdur[3]. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirmişdir. "Azərbaycan qadını" jurnalında işləmişdir.
Zivər Ağayeva ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuatda şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub[4].
Azərbaycanın bır çox tanınmış müğənniləri onun sözlərinə yazılan mahnılar oxuyublar.[2] Zeynəb Xanlarova və bir sıra digər müğənnilərin ifa etdikləri məşhur "Yaşa mənim xalqım!", "Flora Kərimovanın ifa etdiyi Necə unudum səni?!" mahnılarının sözləri ona aiddir[5][6].