Ziya Kutnak

Ziya Kutnak — (1870, İstanbul1940, İstanbul) Osmanlı generalı.

Ziya Kutnak
Şəxsi məlumatlar
Doğum tarixi 1870
Doğum yeri
Vəfat tarixi 1940
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Xidmət illəri 1891-ci ildən
Rütbəsi general
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hicaz qubernatoru olan Çürüksulu Osman Nuri Paşanın oğlu idi. 1870-ci ildə İstanbulda anadan olub. 1891-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1895-ci ildə mayor, 1897-ci ildə qubernator, 1902-ci ildə polkovnik rütbəsinə yüksəldi. Fransada hərbi təlimlərdə iştirak etmişdi. Fransadan qayıtdıqdan sonra AydınƏdirnədə jandarma komandiri vəzifəsində çalışdı. 1907-ci ildə General-mayor rütbəsinə yüksəldi.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1908-ci ildə Rusiyada hərbi təlimlərdə iştirak etmişdir. 1911-ci ildə V Mehmed Rəşad ilə birlikdə Rumeliyə səfər etmişdir. O, İngiltərə Kralının taxta çıxması münasibətilə Türkiyə nümayəndəsi kimi oraya göndərilmişdi. 1912-ci ildə Paşa rütbəsini almış, daha sonra isə Balkan müharibələrinə qatılmışdır. Müdafiə Nazirliyinin mərkəzi dairəsində ikinci rəhbərlik və onuncu korpusun komandiri vəzifəsində çalışmışdır. 1914-cü ildə təqaüdə çıxmışdır.

1920-ci ildən 1922-ci ilə qədər Müdafiə naziri olmuşdur. Müdafiə naziri olduğu vaxtlarda Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir. O, Osmanlı İmperiyasının sonuncu Müdafiə naziri idi. 1940-cı il yanvar ayının birində vəfat etmişdi.

  • Murat Kasap, Osmanlı Gürcüleri, İstanbul 2010, s.101.