Ziyamət — Osmanlı imperiyasının torpaq sistemində illik gəliri 20.000 axça ilə 100.000 axça arasında dəyişiklik göstərən torpaqlar və bu torpaqlardan alınan vergi. Əyalət mərkəzlərində yaşayan ali səviyyəli idarəçilərə (xəzinə və timar xəzinədarlarına, sancaqlardakı alay rəhbərlərinə, qalaların dizdarlarına, divan məmurlarına və s.) verilirdi.[1]