Zlango dili 2003-cü ildə Zlango Ltd. şirkəti tərəfindən hazırlanıb. "Zlango" ingiliscə "slang" sözünün fərqli tələffüzündən yaranıb.
1. Zlango dilində hərflərin əvəzinə kiçik simvollardan istifadə olunur.
2. İstifadə olunan simvolların ümumi sayı 200-dür.
3. Zlango dilinin sintaksisi çox sadə və asan başadüşüləndir.
4. Piktogram olaraq telekommunikasiyada və elektron məktub yazışmasında istifadə üçün hazırlanıb.
5. Zlangoda istənilən ifadəni simvollarla təsvir etmək mümkündür.
Zlango daha çox İsrail və Polşada, eləcə də son dövrlər Almaniyada işlənilir. Bunula bərabər bu dildən bəzi Qəraib dənizi sahillərində yerləşən ölkələrdə də istifadə olunur. Azərbaycanda bu dildən hələ ki, çox az-az istifadə edilir.
Atamın pulunu xərcləyirəm.