Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Zoğlu dovşankələmi — (lat. Sedum stoloniferum)
Zoğlu dovşankələmi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Zoğlu dovşankələmi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillikdir. Kökümsovu uzun, sürünən, milşəkillidir. Gövdəsi düz və ya qalxankimi, hündürlüyü 10–20 (30) sm, aşağı hissədə bəzən sərilən və ya sürünən, çılpaq və qırmızımtıl rənglidir. Yarpaqları qarşıqarşıya düzülmüş, çılpaq, qısa saplaqlı və ya saplaqvari daralmış, kənarları tam və ya çox vaxt küt və ya dairəvi-dişli, 5–17 (20) mm uzunluqda, 10 mm-ə qədər enində, kənarları çox dar ağ haşiyəlidir. Çiçəkqrupu çətirvari, meyvə verən zaman qırmızımtıl rənglidir. Çiçəkləri demək olar ki, oturaq və ya saplaqlıdır. Ləçəkləri 5–8 mm uzunluqda, lansetvari-xətli, kütvari sivriləşmiş, çəhrayı rənglidir. Erkəkciklər 10 sayda, 2 dəfə ləçəklərdən qısa, tozluqları tünd və ya qaratəhər fırfır rənglidir. Meyvəcikləri uzunsov-ulduzşəkillidir, 5–6 mm uzunluqda, yumurtavari-uzunsov, buruncuğu var və qarın hissəsində 2 qabarıqlığı var.[1]
BQ qərbi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Meşədə və kolluqlarda, qayaların üzərində bitir.[2]
Bu məqalə qaralama halındadır. |