Zoofobiya — heyvan qorxusudur. Bir və ya bir neçə heyvandan qorxmaqdır. Adətən bu fobiya kiçik yaşlarda ortaya çıxır. Qorxulu heyvanın zərərli cinsdən olması lazım deyil. Bütün növ heyvanlardan qorxmaq olar. Ən ümumi olanlar; itlər, pişiklər və hörümçəklər kimi heyvanlar olsa da, bir çox başqa heyvanlardan da qorxmaq olar.
Ziqmund Freydin daha əvvəl qeyd etdiyi kimi, heyvan fobiyası uşaqlar arasında ən çox rast gəlinən psixonevrotik xəstəliklərdən biridir. Tibbdə tam müalicəsi yoxdur. Ümumiyyətlə dərmanlar və müalicələrlə aradan qaldırılmağa və ya azaldılmasına çalışılır.[1]