Zuvka Batur və ya Zavka Sabitoğlu (1869 – 1929) — Türkistanın müstəqilliyi üçün mübarizə aparmış olan milli müqavimət hərəkatının lideri. Çinlilərin Türkistandakı zülmlərinə qarşı müqavimət göstərən önəmli rəhbərlərdən biridir.[1]
Zuvka Batur | |
---|---|
Зуқа батыр, Зауха Сәбитұлы | |
Doğum tarixi | |
Doğum yeri | Şərqi Qazaxıstan vilayəti |
Vəfat tarixi | |
Vəfat yeri | Şərqi Qazaxıstan vilayəti |
Tanınmış alim prof.dr. Abdülvəhab Qara Zuvka Baturun əsl adının ərəbcədəki Süha sözündən gəldiyini və bu sözün Türkistan türkcəsindəki şəkli olduğunu bildirir. "Batur" ona qəhrəman, cəsur mənasında yerli millətin verdiyi ünvandır. Zuvka Batur Sabitoğlu 1866-cı ildə indiki Şərqi Qazaxıstan oblastının Zaysan bölgəsinin Kendirlik kəndində anadan olmuşdur. Zuvkanın atası Sabit molla olmuşdur. Ulu əcdadı Nurməhəmməd Hafizdir.[2]
Zuvka Baur haqqında son illərdə Çində iki tarixi roman yazılmışdır. Onun biri Batırxan Kuşbeginin "Zuqa Batır" romanı, ikincisi 45 il həbsdə olmuş Kaçığumar Şabdanulının "Pana" romanıdır. Bir də Zuvka Batırın uşaqları haqqında yazılan Bay-Əhmət Cumabayulının "Sağınış" romanında da bu yöndə bilgilər vardır. Bunların xaricində Zuvka Batur haqqında Monqolustan, Türkiyə, ABŞ, Avropa ölkələrində tarixi və ədəbi araşdırmalar edilmişdir.[3] 2016-cı il Zuvka Baturun anadan olmasının 150-ci ildönümü qeyd edilmişdir.[4] Bu anma mərasimləri Türk dünyasında və Avropanın 11 ölkəsində keçirilmişdir.