Zveçevo

Zveçevo 20 oktyabr 1921-ci ildə Pojeqada yaradılmış və güclü spirtli içkilər istehsal edən Stock Cognac Medicinal (Stok Müalicəvi Konyak) adlı şirkətin sonradan istehsal etdiyi şokoladın adı, daha sonra da şirkətin yeni adı.

Zveçevo
Ümumi məlumatlar
Təsis tarixi 1921
Baş qərargahın yeri
zvecevo.hr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stock Cognac Medicinal adlı şirkət 1936-cı ildən şokolad və şirniyyat məhsulları istehsalına başladı. Nestle şirkətindən 1936-cı ildən 1946-cı ilə qədər şokolad fabriki icarəyə götürüldü. 1951-ci ildə şirkət adını dəyişərək "Zvečevo d.d. Požega" adlanmağa başladı. 1960-cı illərdə bütün diqqət kakoa məhsulları, güclü spirtli içkilər və süd tozunun istehsalına yönəldildi. gəlir gətirməyən və dəbdən düşmüş meyvə suları və un istehsalı dayandırıldı. Nestle ilə 1970-ci ildən kooperasiya yaradıldı və 1995-ci ilə qədər davam etdi.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şirkətin rəsmi veb saytı

  1. How did it all begin? Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine — official website of company