CABBA

(Dərbənd)
kərpic hasara ara-ara qoyulan dirək. – Cabbanı palut ağacınnan qoysa, lap da yaxşı olar
CABARİ
CABIN
OBASTAN VİKİ
Akif Cabbarov
Akif Elxan oğlu Cabbarov (24 oktyabr 1997, Gədəbəy rayonu – 25 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Akif Elxan oğlu Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014-cü ildə Sumqayıt şəhərinə köçür. Dayısı Möhübbət kişinin və onu anası kimi sevən Nigar xanımın evinə pənah gətirib. Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda da fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında general-mayor Polad Həşimovun şəhid olmasından sonra Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır.
Aydın Cabbarlı
Aydın Cəfər oğlu Cabbarlı — tibb elmləri namizədi. Cəfər Cabbarlının oğlu. == Həyatı == 1924-cü ildə doğulmuşdur. Atası Cəfər Cabbarlı ona bir pyesinin adı olan Aydın adını vermişdir. 1 yaşında Bismillah bədii filmində çəkilmişdir. 10 yaşında atası Cəfər Cabbarlını itirmişdir. 1960-cı ildə Azərnəşrdə Sirab suyu və onun müalicə əhəmiyyəti adlı kitabı çap edilmişdir. Cəfər Cabbarlının “Ey dan ulduzu” kitabını tərtib etmişdir. 1999-cu ildə atasının 100 illiyində vəfat etmişdir. == Ailəsi == Qafar Cabbarlının nəvəsidir.
Cabbar Abdullayev
Cabbar Yolçu oğlu Abdullayev (16 mart 1936, Arış, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycann pedaqoqu, Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi. == Həyatı == Cabbar Abdullayev 16 mart 1936-cı ildə Azərbaycan Respublikasının Qaryagin rayonunun (indiki Füzuli rayonu) Arış kəndində anadan olmuşdur. 1953-cü ildə Füzuli rayonunun Qarğabazar kənd orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olmuşdur. 1960-cı ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1960- 1965-ci illər Zəngilan rayonunda fizika-riyaziyyat müəllimi kimi çalışmışdır. 1965-1972-ci illərdə Jdanov (indiki Beyləqan) şəhər 1 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 1992-ci ildə Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. 1992-1993-cü illərdə Qarabağ döyüşlərində fəal iştirak etmişdir. 1993-cü ildə Füzuli şəhər sovetinin sədri vəzifəsində işləmişdir.
Cabbar Bağçaban
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Cabbar Dadaşev
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969–1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975–1980-ci illərdə V. İ. Lenin adına A. R. İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980–1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Cabbar Faiqov
Cabbar Faiqov — əslən Axısqa türklərindən olan azadlıq hərəkatı iştirakçısı, Qarabağ müharibəsi şəhidi və hərbi həkim. == Həyatı == Faiqov Cabbar Cavad oğlu 1963-cü il aprel ayının 20-də Saatlı rayonunun Varxankənd kəndində anadan olmuşdur. 1970-ci ildə Varxankənd orta məktəbininin I sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. Həkim olmaq istəyən Cabbar Faiqov sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna vermişdir. 1987-ci ildə müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Ailəli və 3 sahibi olmuşdur. == Fəaliyyəti == Cabbar Faiqov ali təhsilini bitirdikdən sonra Saatlı rayonunun Məmmədabad kənd xəstəxanasında baş həkim təyin olunmuşdur. 1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatı başlayanda Cabbar da bu hərəkata qoşularaq hərəkatın öncülərindən biri olmuşdur. Onun həmçinin 1989-cu ildə məlum Fərqanə hadisəsindən sonra Özbəkistandan Azərbaycana pənah gətirən Axısxalı türklərin Bakı şəhərində qarşılanaraq regionlara bölüşdürülməsində və yerləşdirilməsində çox böyük əməyi olmuşdur. == Qarabağ müharibəsi == Faiq Cabbarov 1993-cü ilin noyabr ayında könüllü olaraq hərbi xidmətə yollanmışdır.
Cabbar Hacıyev
Hacıyev Cabbar Niyətulla oğlu — tibb elmləri doktoru, professor. == Həyatı == 1950-ci ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olmuşdur. Yerfi kənd məktəbində, sonra Bakıda Tibb Universitetində Lenin təqaüdü ilə oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin,1998-ci ildən Avroasiya Qastroenteroloji Cəmiyyətin üzvüdür. 1982-ci ildən gənclərin Ümumittifaq Elmi-Texmiki Yaradıcılıq müsabiqəsinin laureatı olmuş, 2002-ci ildə XXI əsrin tanınmış həkimi, 2003-cü ildə isə XXI əısrin tanınmış alimi Beynəlxalq diplomlarına layiq görülmüşdür. Rəhbərliyi altında 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. 250-dən çox elmi əsərin, 9 ixtira və patentin,1 monoqrafiyanın, 2 dərsliyin müəllifidir. Dalağın zədələnmələrində 5 üzvqoruyucu əməlyyatların (Hacıyev əməliyyatı) və iki tikiş növünün (Hacıyev – Abasov tikişləri) müəllifidir (Azərb. Səhiyyə Nazirliyinin saytından). Cərrahlıqda "Reqenerasiyanın limfoid tənzimi" adlı yeni elmi istiqamətin əsasını qoyanlardan biridir.
Cabbar Həşimov
Cabbar Məcnunbəyov
Cabbar Məcnunbəyov (20 iyun 1912 – 1 fevral 1967) — Azərbaycan yazıçısı, dramaturq. == Həyatı == "Vətən yolunda" qəzetinin redaksiyasında “Gənc bolşevik”i işləmişdir.
Cabbar Məhəmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır. == Həyatı == Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-tatar məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.
Cabbar Nəcəfov
Cabbar Nəcəfov (güləşçi) — güləşçi
Cabbar Nəcəfov (güləşçi)
Cabbar Nəcəfov (üzümçü)
Nəcəfov Cabbar Sərdar oğlu (11 aprel 1971, Naxçıvan) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu (Naxçıvan) İnnovasiya və Elmi-İstehsalat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1992-cu ildə Ukrayna Respublikasında Kirovoqrad Kənd Təsərrüffatı Maşınqayırma İnstitutunun Kənd Təsərrüffatı Maşınları fakültəsini mühəndis-mexanik ixtisası ilə bitirmişdir. == Peşə və elmi fəaliyyəti == 1992-ci ildə Babək rayon 2 saylı üzüm emalı zavodunda baş mühəndis vəzifəsində işə başlamışdır. 1993-1996-cı illərdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Fililialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləyir. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Naxçıvan Muxtar Respublikasının az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda" fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 13 aprel 2010-cu ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən, ictimai əsaslarla xaricdən gətirilmiş calaq əkin materialı ilə salınmış üzüm bağlarına Naxçıvan Bölgəsi üzrə nəzarət komissiyasının sədri təyin olunmuşdur. 62 elmi əsərin müəllifi və həmmüəllifidir.
Cabbar Oğuz
Cabbar Oğuz (tam adı:Cabbar Şaban oğlu Dadaşev) — Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü == Həyatı == Cabbar Oğuz 4 noyabr 1949-cu ildə Oğuz rayonunda Bucaq kəndində müəllim ailəsində doğulmuşdur. 1967-ci ildə kamal atestatı alaraq Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbinə daxil olaraq çilingər peşəsinə yiyələnmişdi. 1968-ci ildə Bakı şəhəri "Təcrübəli-eksperiment kombinat"da ilk əmək fəaliyyətinə başlamışdı. 1969–1971-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunaraq, həmin kombinatda işləməklə yanaşı (gecə növbəində) 1975–1980-ci illərdə V. İ. Lenin adına A. R. İ-nun ÜTF fakültəsinin "Rəsm, rəsmxət və əmək şöbəsi"nin bitirmişdi. 1980–1983-cü illərdə həmin institutda tədris-ustası vəzifəsində işləməklə yanaşı saathesabı dərs aparmışdı. 1983-cü ildən "Respublika Tədris metodik mərkəzində" baş-metodist vəzifəsində çalışır. 1988-ci ildən SSRİ və Azərbaycan Respublikası Ressamlar İttifaqının üzvüdir. Ölkəmizdə və xarıci ölkə sərgilərində iştirak. Yüzlərlə əsərlərin müəllifi.
Cabbar Qaryağdı
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Cabbar Qaryağdı oğlu

Cabbar Əfəndizadə
Cabbar Əfəndizadə — şair, ədəbiyyatşünas, 1-ci Türkoloji Qurultayda iştirak etmişdir.
Cabbar Əliyev
Cabbar Əli oğlu Əliyev (15 yanvar 1904, Naxçıvan – 30 noyabr 1973, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Cabbar Əliyev 15 yanvar 1904-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1921–1924-cü illərdə Bakı Pedaqoji Texnikumunda, sonra Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Abbasmirzə Şərifzadənin bir müddətlik rəhbərlik etdiyi Mərkəzi fəhlə klubunun dram dərnəyində çalışıb. 1929-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. 24 may 1960-cı ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub. Əli adlı yeganə oğlu olmuşdur. Cabbar Əliyev 30 noyabr 1973-cü ildə vəfat etmişdir.
Cabbar Əsgərzadə
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Cabbarlı
Cabbarlı — soyad.
Cabbarlı (Maku)
Cabbarlı — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 55 km şimal-qərbdədir.
Cabbarlı (Çaldıran)
Cabbarlı (fars. جبارلو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Cabbarlı (Ərdəbil)
Cabbarlı (fars. جبارلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 51 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 423 nəfər yaşayır (84 ailə).
Cabbarxan Hacıağayev
Cabbarxan İlham oğlu Hacıağayev (4 avqust 1996; Bakı, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Cabbarxan Hacıağayev 1996-cı il 4 avqustda Bakı şəhərində anadan olub. == Hərbi xidməti == Əsgər Cabbarxan Hacıağayev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-də isə Cabbarxan Hacıağayev, doğulduğu Bakı şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cabbarxan Hacıağayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Cabbarənd (Sərdəşt)
Cabbarənd (fars. جبرند‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (43 ailə).