Cabbar Yolçu oğlu Abdullayev (16 mart 1936, Arış, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycann pedaqoqu, Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi.
Cabbar Abdullayev | |
---|---|
Cabbar Yolçu oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Arış, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 6 |
Atası | Yolçu Abdullayev |
Elm sahəsi | Fizika-riyaziyyat |
Təhsili | Ali |
Mükafatları |
Cabbar Abdullayev 16 mart 1936-cı ildə Azərbaycan Respublikasının Qaryagin rayonunun (indiki Füzuli rayonu) Arış kəndində anadan olmuşdur. 1953-cü ildə Füzuli rayonunun Qarğabazar kənd orta məktəbini bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) daxil olmuşdur. 1960-cı ildə həmin institutun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1960- 1965-ci illər Zəngilan rayonunda fizika-riyaziyyat müəllimi kimi çalışmışdır. 1965-1972-ci illərdə Jdanov (indiki Beyləqan) şəhər 1 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 1992-ci ildə Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışmışdır. 1992-1993-cü illərdə Qarabağ döyüşlərində fəal iştirak etmişdir. 1993-cü ildə Füzuli şəhər sovetinin sədri vəzifəsində işləmişdir. 1995-2011-ci illərdə Salyan rayonunun Qaraçala inzibati ərazi vahidində yerləşən Şatrovka (indiki Çadırlı) kənd əsas məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir.
5 yanvar 1977-ci il tarixdə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif edilmişdir.
5 qız və 1 oğul atası olmuşdur.