Cabbar Faiqov — əslən Axısqa türklərindən olan azadlıq hərəkatı iştirakçısı, Qarabağ müharibəsi şəhidi və hərbi həkim.[1][2]
Cabbar Faiqov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1963 |
Doğum yeri | Saatlı rayonu Azərbaycan SSR |
Vəfat tarixi | 12 may 1994 (31 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Uşaqları |
Faiq Telman Orxan |
Atası | Cavad Faiqov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Axısqa türkü |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1993-1994 |
Rütbəsi | Baş leytenant |
Vəzifəsi | Hərbi həkim |
Təltifləri |
Faiqov Cabbar Cavad oğlu 1963-cü il aprel ayının 20-də Saatlı rayonunun Varxankənd kəndində anadan olmuşdur. 1970-ci ildə Varxankənd orta məktəbininin I sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. Həkim olmaq istəyən Cabbar Faiqov sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna vermişdir. 1987-ci ildə müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə bitirmişdir.[3]
Ailəli və 3 sahibi olmuşdur.[3]
Cabbar Faiqov ali təhsilini bitirdikdən sonra Saatlı rayonunun Məmmədabad kənd xəstəxanasında baş həkim təyin olunmuşdur.
1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatı başlayanda Cabbar da bu hərəkata qoşularaq hərəkatın öncülərindən biri olmuşdur. Onun həmçinin 1989-cu ildə məlum Fərqanə hadisəsindən sonra Özbəkistandan Azərbaycana pənah gətirən Axısxalı türklərin Bakı şəhərində qarşılanaraq regionlara bölüşdürülməsində və yerləşdirilməsində çox böyük əməyi olmuşdur.[3]
Faiq Cabbarov 1993-cü ilin noyabr ayında könüllü olaraq hərbi xidmətə yollanmışdır. Əvvəlcə Füzuli rayonunun Şükürbəyli kəndindəki hərbi hospitalda həkim işləmiş, daha sonra isə öz ərizəsi ilə qızğın döyüşlərin getdiyi Tərtərə xidmətə getmiş, bir necə ayın ərzində həmçinin Ağdam və Ağdərə istiqamətində də hərbi həkim kimi xidmət etmişdir.
Daim ön xəttlərdə xidmət edən tibb leytenantı Cabbar Faiqov, 1994-cü ilin may ayının 12-də, Qarabağda aktiv hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan Bişkek protokolunun imzalandığı gün erməni mühasirəsinə düşərək şəhid olmuşdur.[3]
Ölümündən 17 il sonra 2011-ci il iyunun 25-də Prezident İlham Əliyev tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif olunub və ölümündən sonra Tibb xidməti Baş Leytenantı rütbəsi verilib.[4]