GEDİŞLİ
GEN
OBASTAN VİKİ
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. == Tarix == İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. == DNT == DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
Gen (film, 2006)
Gen qorxu-gərilim janrında olan 2006-ci il istehsalı türk sinema filmi. Filmin ssenaristləri Murad Toxtamışoğlu, Güray Ölgü və Alper Məstçidir. == Məzmun == Psixiatr Dəniz təpəlik bölgədə yerləşən ruhi xəstəxanaya təyin olur. İşə başladığı ilk gün intihar edən xəstənin meyitini görür. Hadisəni araşdırmaq üçün xəstəxanaya gələn polislər pis hava şəraitinə görə xəstəxanada qalmalı olurlar. Yollardan başqa telefon xətləri də zədələnmişdir və xarici mühitlə əlaqə kəsilmişdir. Çox keçmədən xəstəxanada çoxsaylı cinayətlər başlayır.
Tsu Şin Gen
Tsu Şin Gen — Avropanın ən tanınmış əlbəyaxa döyüş sənəti üstası (Masutatçu Oyamanın tələbəsi) Kanço David Kuk-un qurduğu beynəlxalq təşkilatın adıdır. Qarışıq döyüş sənətlərinin inkişafı ilə məşğul olan bu təşkilatın tədbirlərinə Azərbaycandan ilk dəfə 2004-cü ildə Vasif Namazov öz tələbələriylə qatılıb. Onların içində tanınmış qaydasız döyüş idmançısı Tural Rəhimovda var. Tsu Şin Gen Beynəlxalq Büdo Asossasiyası mərkəzi qərargahı İsveçdə yerləşir.
Xocalı genosidi
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.
Xocalı genosidi günü
Xocalı soyqırımı günü və ya Xocalı genosidi günü — 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələrinin hər il qeyd olunduğu matəm günü.
Yaponiyada gender bərabərsizliyi
Yaponiya yüksək inkişaf etmiş dövlət olsa da gözəçarpacaq dərəcədə gender bərabərsizliyi müşahidə olunur. 2015-ci ilin statistasında görə Yaponiya Gender Bərabərsizliyi İndeksində 21-ci yeri tutub, bu isə inkişaf etmiş dövlətlərlə müqayisədə aşağı göstəricidir. Bu hal Yaponiya cəmiyyətindəki gender normalarının davam etməsi ilə əlaqədardır. Yaponiyada gender bərabərsizliyi ailədən tutmuş siyasətə qədər müxtəlif sahələrdə müşahidə olunur, iş imkanları və maaşa təsir edir. Cinsi ayrı-seçkilik ənənəvi və müasir Yaponiya cəmiyyətindəki dəyişən gender rollarının nəticəsidir. Yaponiyada ənnəvi ailə quruluşuna görə qadının vəzifəsi ev işləri ilə məşğul olmaq, kişinin vəzifəsi isə pul qazanmaqdır. Bu, iki cins arasındakı tarixi əmək bölgüsüdür. İkinci dünya müharibəsindən sonra Yaponiyada konstitusiyasının 24-cü maddəsinə "gender bərabərliyi" bəndi əlavə olunub, məqsəd ölkəni gender bərabərliyi olan ölkəyə çevirmək idi. Lakin ənənəvi ailə və gender normaları vətəndaşlar arasında hökm sürməyə davam edir və hətta XXI əsrdə belə vəziyyət çox da dəyişməyib. == Ailə == 1970-ci ilə qədər Yaponiyada qadınların işə getməsi geniş yayılmamışdı.
Yaşar Əliyev (general)
Yaşar Ədilxan oğlu Əliyev (8 sentyabr 1960, Bakı) — general-leytenant. == Həyatı == Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirmişdir. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləmişdir. 2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib. 15 may 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb. Ailəlidir, bir övladı var.
Zannichellia geniculata
Zannichellia palustris (lat. Zannichellia palustris) — susünbülükimilər fəsiləsinin zannichellia cinsinə aid bitki növü. == Sinonim == Algoides palustre (L.) Lunell Pelta palustris (L.) Dulac Zannichellia aculeata Schur Zannichellia brachystemon J.Gay ex Reut. Zannichellia clausii Tzvelev Zannichellia cothenetii P.Fourn. Zannichellia echinata Lojac. Zannichellia geniculata Gilib. [Invalid] Zannichellia graminifolia Gilib. [Invalid] Zannichellia indica Morong Zannichellia intermedia Torr. Zannichellia intermedia Nielsen [Illegitimate] Zannichellia komarovii Tzvelev Zannichellia laevis C.Presl Zannichellia lingulata Clavaud Zannichellia melitensis Brullo, Giusso & Lanfr. Zannichellia palustris var.
Zanthoxylum gentlei
Zanthoxylum gentlei (lat. Zanthoxylum gentlei) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Zaur Məmmədov (general-mayor)
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. == Həyatı == Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Zaur Rzayev (general)
Zadir Rza oğlu Rzayev (10 oktyabr 1937, Şürük, Lənkəran rayonu – 29 yanvar 2010, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin generalı, keçmiş sovet ordusunun 18110 saylı hərbi hissəsinin bazasında yaradılmış ilk hərbi hissə komandiri. == Bioqrafiyası == === 1937–1958: Uşaqlıq və gənclik illəri === Zadir Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. Milliyyətcə talışdır. Orta təhsili İkinci Dünya Müharibəsi dövrlərinə təsadüf etdiyindən təhsil almasında böyük çətinliklər yaranıb. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlib. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-ci ildə sənədlərini geri götürərək o vaxtkı Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim edib və qəbul olub. === 1958–1971: Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi === 1958–1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq 5 il Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində — Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. Gümrü şəhərində xidmtə etdiyi hərbi hissədə əvvəlcə taborun qərargah rəisi, az sonra isə tabor komandiri olub.
Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. == Azərbaycanlı generallar == Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
Çar ordusunun azərbaycanlı generalları
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. == Azərbaycanlı generallar == Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
Çingiz Məmmədov (general)
Çingiz Mustafa oğlu Məmmədov (15 fevral 1951, Bakı – 9 avqust 2020, Bakı) — Azərbaycan və SSRİ hərbçisi, general-leytenant, Azərbaycan Respublikası Müdafiə nazirinin sabiq şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi. == Həyatı == === İlk illəri === Çingiz Mustafa oğlu Məmmədov 15 fevral 1951-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə orta məktəbi qurtardıqdan sonra Rostov Ali Hərbi məktəbinin mühəndis fakultəsi qəbul olmuş, 1973-cü ildə oradan strateji raketlər, onların mühərrikləri və texnoloji avadanlığı ixtisası üzrə məzun olmuş və leytenant rütbəsi almışdır. O, 1975-ci ildə baş leytenant rütbəsi almış və 1976-cı ilə qədər həmin məktəbin kursantı olmuşdur. === Hərbi fəaliyyəti === ==== Sovet Ordusu ==== Məmmədov 1976–1978-ci illərdə Türküstan Hərbi Dairəsi divizionun raket silahları xidmətinin baş mühəndisi olmuş, həmin il kapitan rütbəsi almışdır. O, 1978–1979 Türküstan Hərbi Dairəsi h/h qrup komandiri, 1979–1981-ci illərdə isə Ural Hərbi Dairəsinin h/h qrup komandiri olmuşdur. Məmmədov 1981–1983 Dzerjinski adına Hərbi Akademiyanın dinləyicisi olmuş, 1983–1984-cü illərdə Pribaltika Hərbi Dairəsi h/h divizion komandiri kimi xidmət etmişdir. O, 1983-cü ildə F. E. Dzerjinski adına Hərbi Akademiyanın komandanlıq fakultəsini bitirmişdir. Bundan sonra Məmmədov 1984–1985-ci illərdə Sibir Hərbi Dairəsi h/h divizion komandiri vəzifəsində çalışmış, həmin il polkovnik-leytenant rütbəsi alaraq 1987-ci ilə qədər hərbi hissənin Qərargah rəisi-komandir müavini olmuşdur. O, 1987–1989-cu illərdə hərbi hissənin Komandiri kimi çalışmışdır.
Çingiz Məmmədov (general-leytenant)
Çingiz Mustafa oğlu Məmmədov (15 fevral 1951, Bakı – 9 avqust 2020, Bakı) — Azərbaycan və SSRİ hərbçisi, general-leytenant, Azərbaycan Respublikası Müdafiə nazirinin sabiq şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin sabiq rəisi. == Həyatı == === İlk illəri === Çingiz Mustafa oğlu Məmmədov 15 fevral 1951-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində anadan olmuşdur. O, 1968-ci ildə orta məktəbi qurtardıqdan sonra Rostov Ali Hərbi məktəbinin mühəndis fakultəsi qəbul olmuş, 1973-cü ildə oradan strateji raketlər, onların mühərrikləri və texnoloji avadanlığı ixtisası üzrə məzun olmuş və leytenant rütbəsi almışdır. O, 1975-ci ildə baş leytenant rütbəsi almış və 1976-cı ilə qədər həmin məktəbin kursantı olmuşdur. === Hərbi fəaliyyəti === ==== Sovet Ordusu ==== Məmmədov 1976–1978-ci illərdə Türküstan Hərbi Dairəsi divizionun raket silahları xidmətinin baş mühəndisi olmuş, həmin il kapitan rütbəsi almışdır. O, 1978–1979 Türküstan Hərbi Dairəsi h/h qrup komandiri, 1979–1981-ci illərdə isə Ural Hərbi Dairəsinin h/h qrup komandiri olmuşdur. Məmmədov 1981–1983 Dzerjinski adına Hərbi Akademiyanın dinləyicisi olmuş, 1983–1984-cü illərdə Pribaltika Hərbi Dairəsi h/h divizion komandiri kimi xidmət etmişdir. O, 1983-cü ildə F. E. Dzerjinski adına Hərbi Akademiyanın komandanlıq fakultəsini bitirmişdir. Bundan sonra Məmmədov 1984–1985-ci illərdə Sibir Hərbi Dairəsi h/h divizion komandiri vəzifəsində çalışmış, həmin il polkovnik-leytenant rütbəsi alaraq 1987-ci ilə qədər hərbi hissənin Qərargah rəisi-komandir müavini olmuşdur. O, 1987–1989-cu illərdə hərbi hissənin Komandiri kimi çalışmışdır.
İbrahim Əhmədov (general)
İbrahim Əhmədov (tam adı: Əhmədov İbrahim Seyfulla oğlu; 21 may 1927, Qroznı, Şimali Qafqaz diyarı[d] – 1997, Bakı) — Sovet ordusunun azərbaycanlı tank qoşunları general-mayoru. O, həmçinin Azәrbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı olmuşdur. == Həyatı == Əhmədov İbrahim Seyfulla oğlu 21 may 1927-ci ildə Qroznı şəhərində anadan olmuşdur. 1941-44-cü illərdə Bakı dəmiryolu məktəbində oxumuşdur. 1944 ildәn sovet ordusu sıralarında xidmәtdә olmuşdur. === Vəfatı === 10 yanvar 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Hərbi xidməti == Kiyev Hәrbi Tank Mәktәbini bitirdikdәn (1948) sonra rota, polk komandirliyindәn batalyon, polk vә diviziya qәrargahının rәisliyinә qәdәr yüksәlmişdir. R.Y.Malinovski ad. Zirehli Tank Qoşunları Akademiyasını (1956), Ali zabitlәr kursunu (1968), M.V.Frunze ad. Hәrbi Akademiya yanında Ali komanda heyәti kursunu bitirmişdir(1969).
İlqar Musayev (general)
İlqar Əli oğlu Musayev (15 sentyabr 1975, Bakı) — general-leytenant, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi (2022-ci ildən), İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini (2017–2022). == Həyatı və fəaliyyəti == İlqar Musayev 1975-ci il 15 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır. Əmək fəaliyyətinə 1994-cü ildə başlamışdır. 1994-cü ildən 2015-ci ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq qurumunda xüsusi dövlət rabitəsi sahəsi üzrə məsul vəzifələrdə xidmət etmişdir. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq xidmətini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifələrdə davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2017-ci il tarixli Sərəncamı ilə İlqar Musayevə general-mayor ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İlqar Musayevə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuşdur.
İnsan genetikası
Antropogenetika — insan genetikasını öyrənən elm sahəsinə deyilir. İnsan digər orqanizmlər kimi cinsi yolla çoxalır, dominant və resessiv əlamətlərə malikdir, irsiyyət qanunauyğunluqları insana da xasdır. Lakin insan genetikasını öyrənməyin bir sıra çətinlikləri vardır: Hər şeydən əvvəl insanın genetikasını öyrənməkdə bitkilər və heyvanlar aləmində tətbiq olunan əsas hibridoloji üsuldan istifadə etmək çox çətindir. İnsanların ailə qurması, nəsil artırması tədqiqatçının arzusu ilə deyil, bir sıra sosioloji amillərlə əlaqədardır. İnsan nisbətən az nəsil verən canlıdır. Xromosomların miqdarının çox olması. İnsan gec yetişəndir. Bir insan ömrü ən yaxşı hallarda bir-iki nəsli öyrənməyə çata bilər. Lakin bu çətinliklərə baxmayaraq alimlər insanın genetikasını öyrənməyə yollar tapmışlar. Hələ XIX əsrin axırlarında F. Qalton (Çarlz Darvinin bibisi oğlu) insanın genetikasını öyrənmək üçün bir neçə üsul irəli sürmüşdü.
İnsan genomu layihəsi
İnsan genomu layihəsi (ing. The Human Genome Project) — 1990-ci ildən başlanmış, 2000-ci ildə isə genomun ilkin strukturu, 2003-cü ildə isə genom tam təyin edilmişdir. Lakin buna baxmayaraq, hələ də genomun bəzi hissələrinin əlavə analizi bitməmişdir. Əsasən analizlər ABŞ, Kanada və Böyük Britaniyanın universitetlərində və tədqiqat mərkəzlərində yerinə yetirilmişdi. Genomun tərkibindəki aminoturşuların və nukleotidlərin ardıcıllıqlarının təyin edilməsi, dərmanların hazırlanması və insan bədəninin quruluşunu anlamaq üçün həlledici əhəmiyyət kəsb edir.
Şahin Məmmədov (general)
Şahin Məmmədov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin II dərəcəli Kapitanı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı (2014-2016). == Hərbi xidməti == Şahin Məmmədova 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.
Şahin Məmmədov (general-leytenant)
Şahin İsgəndər oğlu Məmmədov (10 yanvar 1961, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant. == Həyatı == Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub. O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib. Ş. Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib. O, 1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib. Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.
Şahzadə Albert (genital pirsinq)
Pirsinq Şahzadə Albert — kişi genital pirsinqin ən çox yayılmış növündən biri. == Tarix və mədəniyyət == Genital dəlik yaradılma ənənəsi Duq Malloyun Bədənin və genitaliyaların pirsinqi haqda məlumatı yayılması ilə ciddi şəkildə təhrif olunmuşdu. Onun məlumatlarında çox sayda şəhər əfsanələri vardır; məsələn Şahzadə Albert geyimi altında özünün cinsiyyət orqanının böyük ölçülərini gizlətmək üçün eyniadlı pirsinq növünü icad etmişdi. Quptalar dövrünə aid Kamasutrada penisin pülük nahiyyəsinə keçirilən biz və digər alətlərin seksual hisslərin artırılmasına səbəb olduğu haqda məlumatlar vardır. Borneo adasında yaşayan Dayaki xalqı öz seksual coşğunluğunu azalmaqla penis başını deşirlər. == Quraşdırılma və sağalma == Deşilmə penisin pülük nahiyyəsindən uretraya kimi edilir. Əsasən bu növ pirsinqlər tez sağalır — bəzi hallarda isə deşik edildikdən sonra 2–3 gün müddətində sidik ifrazı zamanı qanaxma müşahidə oluna bilər. == Şahzadə Əsası == Əsa deyilən bəzək əşyası içi boş boru şəklindədir və ucunda açılabilən qapaqdan ibarətdir.
Şarlotta Gensbur
Şarlotta Lüsi Gensbur (ing. Charlotte Lucy Gainsbourg; 21 iyul 1971, London, İngiltərə, Böyük Britaniya) — Böyük Britaniya - Fransa aktrisası və müğənnisi. == Həyatı == Şarlotta Gensbur 21 iyul 1971-ci ildə Londonda anadan olmuşdur. O, müğənni, rejissor və aktyor Serj Gensbur və müğənni-aktrisa olan Ceyn Birkinin ailəsində doğulmuşdu. İsveçrədəki Beau Soleil özəl məktəbində təhsil almışdır. == Yaradıcılığı == === Kino === Şarlotta Gensbur aktyorluq fəaliyyətinə 1984-cü ildə 13 yaşında çəkildiyi "Sözlər və musiqi" filmilə başlayıb. Bu filmdə o, Katrin Denövün qəhrəmanının qızını ifa edirdi. Karyerasına yeni başlayan aktrisa artıq 2 ildən sonra Klod Millerin "Ədəbsiz qız" filmindəki roluna görə "Sezar" mükafatına layiq görüldü. Şarlotta "Sement bağ" filmindən sonra 1990-cı illərdə beynəlxalq uğur əldə etdi. Bu film valideynlərinin ölümündən sonra bacı və qardaşın dramatik hekayəsindən bəhs edirdi.
Şarlotta Gensburq
Şarlotta Lüsi Gensbur (ing. Charlotte Lucy Gainsbourg; 21 iyul 1971, London, İngiltərə, Böyük Britaniya) — Böyük Britaniya - Fransa aktrisası və müğənnisi. == Həyatı == Şarlotta Gensbur 21 iyul 1971-ci ildə Londonda anadan olmuşdur. O, müğənni, rejissor və aktyor Serj Gensbur və müğənni-aktrisa olan Ceyn Birkinin ailəsində doğulmuşdu. İsveçrədəki Beau Soleil özəl məktəbində təhsil almışdır. == Yaradıcılığı == === Kino === Şarlotta Gensbur aktyorluq fəaliyyətinə 1984-cü ildə 13 yaşında çəkildiyi "Sözlər və musiqi" filmilə başlayıb. Bu filmdə o, Katrin Denövün qəhrəmanının qızını ifa edirdi. Karyerasına yeni başlayan aktrisa artıq 2 ildən sonra Klod Millerin "Ədəbsiz qız" filmindəki roluna görə "Sezar" mükafatına layiq görüldü. Şarlotta "Sement bağ" filmindən sonra 1990-cı illərdə beynəlxalq uğur əldə etdi. Bu film valideynlərinin ölümündən sonra bacı və qardaşın dramatik hekayəsindən bəhs edirdi.
Şüanın genetik təsiri
== Şüanın genetik təsiri == Radiasiya mutagenezi – orqanizmlərin şüalanması zamanı irsi dəyişkənliklərin (mutasiyaların) meydana çıxması. Şüanın genetik təsiri radiasiya genetikası ilə tədqiq olunan ionlaşdırıcı şüaların bioloji təsirinin mühüm hissəsidir. İonlaşdırıcı şüaların bütün tipləri, həmçinin ultrabənövşəyi şüalar virus və bakteriyalardan tutmuş, insan da daxil olmaqla bütün yüksək quruluşlu orqanizmlərin cinsiyyət hüceyrələrində yeni olan qametlərdə, eləcə də bədən hüceyrələri sayılan somatik hüceyrələrdə, bilavasitə onların irsi strukturunda mutagen təsirə malikdir. Mühitdə radioaktivliyin yüksəlməsi insan da daxil olmaqla orqanizmlərin populyasiyalarında gizli zərərli mutasiyaların toplanmasına səbəb olur. Radiasiya seleksiyasında təsərrüfat əhəmiyyətli mutantların alınmasında şüanın genetik təsirinin təcrübi əhəmiyyəti var. Bu üsulla bir neçə sort yaradılmışdır. == Şüadan mühafizə == Şüadan mühafizə- İonlaşdırıcı şüalanmanın orqanizmə təsirini azaltmağa yönəldilmiş vasitədir. Fiziki mühafizə üçün şüaları yaxşı udan materiallardan (qurğuşun, beton və s.) istifadə edilir. Bu materiallar şüa mənbəyi və obyekt arasında yerləşdirilir. “Açıq” şüalanma mənbəyi ilə i şləyənlər fərdi mühafizə vasitələrindən (kombinezonlar, pnevmogeyimlər, rapiratorlar, xüsusi çəkmələr, əlcəklər və s.) istifadə etməlidir.
Ədalət Paşayev (general)
Ədalət Məhəmməd oğlu Paşayev (1947, Dəyəqarabulaq, Gədəbəy rayonu – 2 noyabr 2020) — Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi (2009–2016), feldyeger xidməti general-leytenantı. == Həyatı == Ədalət Paşayev 1947-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi olan Ədalət Paşayev Azərbaycanda feldyeger xidmətinin banisi, Dövlət Feldyeger Xidmətinin ilk rəisi olmaqla yanaşı MDB dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının da sabiq sədr müavini olmuşdur. Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə göstərdiyi xidmətə görə general-leytenant ali xüsusi rütbəsi verilən Ədalət Paşayev 2 noyabr 2020-ci ildə vəfat etmişdir.
Əhməd Əhmədov (general)
Əhməd Hüseyn oğlu Əhmədov (1969, Tumaslı, İliç rayonu) — Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı == Həyatı == Əhməd Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmişdir. Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilmişdir. Ailəlidir.
Əlahiddə Naxçıvan general-qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). == Tarixi == General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. == Rəhbərlik == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.

Digər lüğətlərdə