Şarlotta Lüsi Gensbur (ing. Charlotte Lucy Gainsbourg; 21 iyul 1971, London, İngiltərə, Böyük Britaniya) — Böyük Britaniya — Fransa aktrisası və müğənnisi.
Şarlotta Gensbur | |
---|---|
ing. Charlotte Gainsbourg | |
| |
Doğum adı | Şarlotta Lüsi Gensbur[1] |
Digər adı | Şarlotta Gensburq |
Doğum tarixi | |
Doğum yeri |
London, İngiltərə, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Atası | Serj Gensbur |
Anası | Ceyn Birkin |
Fəaliyyəti |
aktrisa müğənni |
Fəaliyyət illəri | 1984-bu günə qədər |
İstiqamət |
kino musiqi |
Mükafatları | Ən yaxşı qadın roluna görə Kann kinofestivalının mükafatı (2009) |
IMDb | ID0001250 |
charlottegainsbourg.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Şarlotta Gensbur 21 iyul 1971-ci ildə Londonda anadan olmuşdur. O, müğənni, rejissor və aktyor Serj Gensbur və müğənni-aktrisa olan Ceyn Birkinin ailəsində doğulmuşdu[2]. İsveçrədəki Beau Soleil özəl məktəbində təhsil almışdır.
Şarlotta Gensbur aktyorluq fəaliyyətinə 1984-cü ildə 13 yaşında çəkildiyi "Sözlər və musiqi" filmilə başlayıb. Bu filmdə o, Katrin Denövün qəhrəmanının qızını ifa edirdi. Karyerasına yeni başlayan aktrisa artıq 2 ildən sonra Klod Millerin "Ədəbsiz qız" filmindəki roluna görə "Sezar" mükafatına layiq görüldü. Şarlotta "Sement bağ" filmindən sonra 1990-cı illərdə beynəlxalq uğur əldə etdi. Bu film valideynlərinin ölümündən sonra bacı və qardaşın dramatik hekayəsindən bəhs edirdi.
2000-ci ildə Gensbur "Milad piroqu" filmindəki roluna görə artıq ən yaxşı aktrisa nominasiyasında "Sezar" mükafatına layiq görülür. Bundan sonra iki dəfə bu mükafata namizəd olmuşdur. 2001-ci ildə Şarlotta Gensbur Kann kinofestivalının münsiflər heyətinin üzvü olmuşdur. 2006-cı ildə tamaşaçılar onu "Lemminq" psixoloji dramında Benedikta rolunda izlədilər. Bundan başqa 2006-cı ilin payızında Mişel Qondrinin uzun müddət gözlənilən "Yuxu elmi" filmi dünya ekranlarına çıxır. Bu filmdə Gensbur Meksika aktyoru Qael Qarsiya Bernalla birlikdə çəkilmişdi.
Şarlotta Gensbur müğənni kimi də fəaliyyət göstərir. Onun vokal debütü 1983-cü ildə atası ilə birgə ifa etdiyi Lemon Incest dueti olur. Bundan sonra Gensbur öz iştirakı ilə çəkilən bir neçə filmə mahnı yazmışdır. Bu mahnıları "Əbədi Şarlotta", "Sevgi və s.", "Biri gedir, o biri qalır" filmlərində eşitmək olar. Onun hətta bir neçə solo albomu da işıq üzü görmüşdür: Charlotte for Ever (1986), 5:55 (2006), IRM (2009) və Stage Whisper (2012).
Ekranda özünə baxmağı və səsinə qulaq asmağı sevməsə də, kino və musiqi sahəsində bir çox nailiyyətləri var[3].
1990-cı illərdən etibarən Şarlotta aktyor və rejissor İvan Attalla vətəndaş nikahındadır[4]. Cütlüyün Ben Attal, Elis Attal və Co Attal adlı üç övladı var[5]. Onlar ailəvi Parisdə yaşayırlar.
Aktrisa 2007-ci ilin yayında ABŞ-da beyindaxili qanaxmaya məruz qalmışdır. Həmin ilin 5 sentyabrında o, Paris xəstəxanalarının birində uğurlu beyin əməliyyatı keçirmişdir[6].