Rinqo Star
Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[…], Liverpul, İngiltərə, Birləşmiş Krallıq) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Böyük Britaniya İmperiyası ordeninin kavaleri (MBE), “Oskar” və “Qremmi mükafatı” laureatı. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. 2010-cu ildə “Rolling Stone” jurnalının keçirdiyi sorğuya uyğun olaraq bütün vaxtların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub..
== Erkən illəri ==
Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir..