Ellef-Rinqnes

Ellef-Rinqnes adası (ing. Ellef Ringnes Island, fr. Île Ellef Ringnes) — Kanada Arktik arxipelaqının Sverdrup adaları qrupuna daxildir. Adada daimi yaşayış məntəqəsi yoxdur. Şimal-qərbdə 1948-ci ildən meteostansiya və aeroport fəaliyyət göstərir. 1994–2001-ci illər ərzində Şimal maqnit qütbü yerləşirdi. İnzibati cəhətdən Nunavut ərazisinin Kikiktani regionuna daxildir.

Ellef Ringnes adası
ing. Ellef Ringnes Island, fr. Île Ellef Ringnes
Ümumi məlumatlar
Sahəsi 11 295 km²
Uzunluğu
  • 218 km
Eni 110 km
Hündür nöqtəsi 175 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
78°00′00″ şm. e. 104°00′00″ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Ellef Ringnes adası xəritədə
Ellef Ringnes adası
Ellef Ringnes adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ellef-Rinqnes adası. Nasa şəkili.

Adanın sahəsi 11 295 km² təşkil edir. Bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 69-cu, Kanadada isə 16-cı yerdə gedir. Sahil xətdinin uzunluğu 1027 km təşkil edir.[1].

Ada 1901-ci ilin mayında Sverdrup ekspedisiyasının iki üzvü — Qunnar İsaksen və Sverre Hаssеl tərəfindən kəşf edilir. "Ellef-Rinqnes" adını Otto Sverdrup ekspedisiyanı maliyyələşdirən iki viyvəçi qardaşların şərəfinə adlandırılıb.

1902-ci ilə qədər Norveçin ərazisi hesab edilirdi. 1929-cu ildə adanı Kanadaya güzəştə getmuşdir.[2]

  1. "Atlas of Canada. List of Islands". 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-07.
  2. R. A. J. Phillips Canada's North, Vol. 1967; part 1 Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine