Aqata Kristi
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[…] – 12 yanvar 1976[…]) — ingiltərəli yazıçı, detektiv janrının kraliçası. Bu ləqəb ona hələ illər öncə verildi. Özü də gələcəyinin necə olacağını uşaqlıqdan təxmin etmişdi. Bu gün artıq onun əsərləri 103 dilə tərcümə olunub. Kitablarının tirajı isə ildən-ilə artır.
== İlk detektiv roman və verilən vəd ==
Bir çox məşhur yazıçıların həyatı ilə maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı acınacaqlı və keşməkeşli keçib. Aqatanın bu cəhətdən bəxti gətirmişdi. O,1890-cı ildə İngiltərənin Denvor qraflığında ABŞ-dən köçüb gəlmiş zəngin mühacir ailəsində dünyaya göz açan qızcığazın böyüdüyü mühit gələcəkdə yazacağı əsərlərində aydın şəkildə təsvir olunacaqdı. Ailənin kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi almış, musiqi təhsili görmüşdü.