Aqattu adası (ing. Agattu Island, aleut. Angatux̂[1]) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun böyük adası. İnzibati cəhətdən bütün Aleut adaları kimi o da ABŞ-nin Alyaska ştatının bir hissəsidir.
Aqattu adası | |
---|---|
ing. Agattu Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 221,593 km² |
Uzunluğu |
|
Eni | 14 km |
Hündür nöqtəsi | 632 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
52°06′07″ şm. e. 173°34′02″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adadan Kamçatkaya (Afrika burnu) ən qısa məsafə 773 km, Alyaskanın materik hissəsinə qədər olan məsafə 1525 km-dir. Attu təxminən 31 km uzunluğa və 18 km enə malikdir. Sahəsi 221,593 km²-dir. Aqattu vulkan mənşəlidir. Maksimum hündürlüyü dəniz səviyyəsindən 632 m-dir. Adada otlar, mamırlar və şibyələr bitir. Aqattada ümumi əhalisi təxminən 66.000 nəfər olan 7 böyük dəniz quşu koloniyası vardır. Qırmızı üzlü qarabataq və Fratercula cirrhata quşlarının dünya populyasiyasının təxminən 1%-i adada yuva qurur. Burada aşkarlanan digər quş növlərinə Berinqun çüllütü, Dəyirmiburun üzərçə, Amerika vüroku və adi şimal sərçəsi daxildir[2]. Aqattada bütün tülkülər məhv edildikdən sonra orta Kanada qazının (Kiçik kanada qazının yarımnövü) populyasiyası adada bərpa olunur[3]. Tülkülərin məhv edilməsi Ağ kәklik populyasiyasının bərpasını da mümkün edir. 2006-cı ildə adada ən azı 25 cüt ağ kəklik yuva qurub bala vermişdir[4].
Arxeoloji qazıntıların məlumatları təxminən eramızdan əvvəl 760-cı ildən adada Aleut əhalisinin olduğunu sübut etməyə imkan verir. Mütəxəssislər hesablamışlar ki, ruslarla təmasda olan Aqattunun əhalisi 500–1000 nəfərə çatırdı[5]. Ada rus naviqatoru Aleksey Çirikov tərəfindən 21 sentyabr 1741-ci ildə kəşf edilmişdir. Adada yaşayan aleutların ruslarla ilk təması 1751-ci ildə baş verir, bundan sonra yerli əhalinin sayı xeyli azalır. 1760-cı illərdə Near adaların bütün əhalisi Attu adasındakı bir kənddə yaşayırdı.