Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəmilli
Cəmilli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəmil Cəmilli — Səməd bəy Cəmillinski — Kəndlər Cəmilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Cəmilli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Cəmilli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
İsmilli
İsmilli — Azərbaycan Respublikasının Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Tatarməhlə kənd inzibati ərazi tərkibindəki İsmilli kəndi rayonun ərazi vahidləri siyahısından çıxarılmışdır. == Tarixi == Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş İsmayıllı nəslinin adından yaranmışdır. == Coğrafiyası və iqlimi == İsmilli kəndi Şirvan düzündə yerləşirdi.
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Cəmilli (Kəlbəcər)
Cəmilli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kəndin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağlıdır. == Yaylaqlar == Ayğır bulağının yurdu, Çalaçökək yurd, Əvəlikli yur, Fermadüşən yurd, Kalafalıq yurdu, Ağbulaq yaylağı, Xıdırdüşən yurd. == Bulaqlar == Sarı su, Qara bulaq, Soyuq bulaq, Məhərrəm bulağı, Ayğır bulağı, Eyvazlı bulaq, Daş bulaq, Komun suyu, Qoçu bulağı, Qafar bulağı, Bayram bulağı, Novlu bulaq, Feyruz bulağı, Behbud bulağı, Novçalı bulaq. == Meşhur yerler == Eyvazlı yalı, Kərəmli, Novun düzü, Əsgərçökəyi, Çaxçaxlı, Taxta, Qaraqaya, Göyxır, Qapaz, Şişqaya, Gendərə, Vəlidərəsi, Armudluq, İtölən, Qaratəpə, Mal oğurlanan, Mehdibiçən, Həsənalı tapı, Quzuqayası, Mehditapı, Arxacyeri, Daşın başı, Boyunyolu, İnəkuçan, Sərpyurd, Sarıyol, Ardışlı, Hüseyn çökəyi, Səmədbiçən, Həştərxan, İmamizi, Cəfalıçimən, İsmayılın ağılı (Xalxal), Ayğır çayı, Komun suyu, Bozlu, Seyidbiçən, Qonur dağ, Kraskalı dağ, Əyriarxac. == Binələr-Qışlaqlar == Qonur binəsi, Mal binəsi, Qoyun binəsi.
Cəmilli (Tərtər)
Cəmilli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəmilli Tərtər rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir.
Cəmilli (Xocalı)
Cəmilli — Azərbaycan Respublikasının Xocalı rayonunun Cəmilli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == 1991-ci il 23 avqust tarixində qəsəbədə ermənilər tərəfindən 3 nəfər qətlə yetirilib, 7 nəfər ağır yaralanıb. == Coğrafiyası və iqlimi == Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.
Xaqani Cəmilli
Xəqani Mənsur oğlu Cəmilli (22 fevral 1995, Varvara, Yevlax rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001–2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəqani Cəmilli 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Cəmilli
Xəqani Mənsur oğlu Cəmilli (22 fevral 1995, Varvara, Yevlax rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001–2012-ci illərdə T. Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Xəqani Cəmilli 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Cəmilli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Cəmilli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Üçdişli kudraniya
Şakir Cəmilli
Şakir Arif oğlu Cəmilli (4 dekabr 1992; Füzuli, Azərbaycan — 23 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şakir Cəmilli 1992-ci il dekabrın 4-də Füzuli şəhərində anadan olubb. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Şakir Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şakir Cəmilli oktyabrın 23-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Üçdişli maklyura
Üçdişli maklyura (lat. Maclura tricuspidata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin maklyura cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Asiyadır. Formaca tuta, dadına görə isə bir az xurmaya bənzəyən şirin, yeməli meyvələrinə görə yetişdirilir. == Botaniki təsviri == Hündürlüyü 6 m-dək olan ikievli, yarpağıtökülən ağacdır. Yarpaqları xırda, açıq sarımtıl-yaşıl rənglidir. Meyvəsinin diametri 2,5-5 sm, yetişdikdən sonra qırmızı və ya tünd qırmızı rəngdə olur, lətli, çox çəyirdəklidir. Toxumları xırda, qəhvəyi rəngdədir. Meyvələri noyabrda yetişir. == Ekologiyası == Yarımkölgədə, gilli, qumlu torpaqda və günəşli yerdə bitir.
Cəmilli qətliamı
Cəmilli qətliamı və ya Cəmilli faciəsi — 15 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Cəmilli kəndində erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay tərəfindən törədilmiş qətliam. Hadisə zamanı 9 nəfər mülki şəxs öldürülmüşdür. == Qətliam == 13 dekabr 1991-ci ildə erməni hərbi birləşmələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinə tabe 366-cı motoatıcı alay Azərbaycanın Xocalı rayonunun Cəmilli kəndin mühasirəyə almışdı. 14–15 dekabr tarixlərində kəndə hücum etmişdilər. İlk növbədə kənd artilleriya atəşinə tutulmuşdur. Cəmillini yerli özünümüdafiə dəstəsi və Ağcabədi rayonundan olan polis dəstəsi müdafiə edirdi. Bir neçə saat davam edən kütləvi atəşdən sonra onlar kəndə nəzarəti ələ keçirmişdir. Kəndə soxulan silahlılar əvvəlcə 14 evi yandırmış, sonra qarət etməyə başlamışdılar. Bu zaman 9 nəfər azərbaycanlı mülki şəxs öldürülmüşdür. Qətliamın şahidi Tehran İbadovun sözlərinə görə, ermənilər meyitləri qarət edir və məsxərəyə salırdılar.
Birinci Milli
Birinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Tədqiqatçılara görə, toponimin ikinci komponenti yüryüklərin (Türkiyə) tərkibindəki kürd milli tayfasının adı ilə bağlıdır. Yaşayış məntəqəsi 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr tərəfindən salınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının ətəyində yerləşir.
Emin Milli
Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. Almaniyaya köçmüşdür və hal-hazırda orada yaşayır. == Həyatı == Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir. === Həbsləri === 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Milli Gül
Milli gül — Bir ölkənin simvolu olan gül və ya bitki. Hal-hazırda 100-ə yaxın ölkənin milli gülü var. Kanada, Almaniya və Livan kimi bəzi ölkələrdə, milli bitki simvol bir ağacdır. Qızılgül, çoxlu ölkənin milli gülü olaraq birinci mövqedə yer tutur və 10 ölkədə ki ABŞ, İngiltərə, İtaliya, İran, Rumıniya, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Lüksemburq, Bolqarıstandan ibarətdir, milli gül kimi seçilmişdir. İkinci yer, orxideya gülünə məxsusdur .7 ölkə ki əsasən Cənubi Amerikada yerləşirlər, orxideyanı öz milli gülləri kimi seçiblər. Sonrakı rütbələrdə dağlaləsi və jasmin gülləri yerləşirlər. Azərbaycanın rəsmi milli gülü Xarıbülbüldür == Tərif == Milli gül, ölkənin simvolu olan gül və ya bitkiyə deyilir. Milli gül seçimi,dövlət himni və milli bayraqın seçimindən az rəsmi olaraq edilir və adətən milli gülün seçim qaydası belədir ki naməlum zaman hər bir ölkənin əhalisinin sevgi, maraq və adətlərinin təsiri altında bir gül milli gül kimi şöhrət qazanır.Qədim tarixə malik ölkələrdə və həmçinin müxtəlif millətlərdən ibarət olan ölkələlərdə azaraq bir milli gül olur və çox vaxt bir neçə gül əhalinin maraq və diqqət simvolu kimi olur.Bu ölkələrdə milli gül region və ya vilayət üzrə fərq edə bilər.Məsələn, Amerikada hər bir əyalətin özünə məxsus yerli gülü var.Yaponiyada isə 1954-cü ildən bəri 47 vilayətin hər biri üçün xüsusi yerli gül təyin edilib. == Tarixçə == Nəzəriyyələrə görə, milli gül seçiminin başlanğıcı 4000 il bundan əvvəl ətrafına və Qədim Misirə qayıdır.Misir ilk ölkə idi ki Suzanbağı gülünü ölkəsinin milli gülü etdi.Misir erkən padşahlıq dövründə (2700-3000 eramızdan əvvəl), kral Yuxarı Misir simvolun bir növ cil və Aşağı Misir simvolun arıçılardan biri etdi. == Milli gül seçilməsinin əsası == Bir bitkinin milli gül kimi seçilməsi bir ölkənin xüsusiyyətləri ilə dərin bağlantısı var və çoxlu yayınmasından başqa, bitki artımının konkret olması,nadirlik və gözəllik,din, tarix, miflər,yerli məhsul olmaq və ölkə əhalisinin mədəni xüsusiyyətləridə bu seçimin növü ilə bağlıdır .Normal olaraq bir ölkənin ərazisindən başqa yerdə nəşr olmayan milli güllərdən Gümüş qıjın Yeni Zelandiyada, Acacia pycnanthanı Avstraliyada və Rhododendron arboreumu Nepalda ad aparmaq olar.Dini səbəblərə görə seçilən güllərdən biri Hindistanın milli gülü olan Lotus gülüdür.
Milli Konvent
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan. Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər. İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur.
Milli Kümə
Milli Liqa (türk. Milli Küme) — Türkiyənin 1937-1950-ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarışdığı liqa olub. Liqada dörd komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Milli Liqa
Milli Liqa (türk. Milli Küme) — Türkiyənin 1937-1950-ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarışdığı liqa olub. Liqada dörd komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Milli Məclis
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. == Parlament tarixi == === 1918–1920-ci illərdə === İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Milli Net
Milli İnternet Mükafatı (qısaca Milli Net) — Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. == Tarixi == Müsabiqənin 2009-cu ildən bu yana ənənəvi olaraq hər il təşkil olunur. 2018-ci il Milli İnternet Mükafatının 10 illik yubileyi kimi qeyd edildi. Lakin, 2019-cu ildə rəhbərlik tərəfindən AİF, MilliNet TK və MilliNet münsiflərinin qarşıdakı dövrlərdə MilliNet-in tam yeni konsepsiyada fəaliyyətə başlamasını nəzərdə tutduğunu və müasir çağırışlar baxımından Azərbaycan İnternetinin inkişafı, milli internet resursların yaradılmasının stimullaşdırılması və qiymətləndirilməsinə yeni yanaşmalar, MilliNet –in məqsəd və vəzifələrinin yenilənməsi üzərində işlər aparıldığı barədə məlumat verilərək AİF və MilliNet komandasının 2019-cu ildə MilliNet yarışmasını təşkil etməyəcəyinini təsdiq etmiş oldu. Lakin, MilliNet2020-nin yeni konsepsiyada fəaliyyətə başlaması nəzərdə tutulduğu bildirilsə də koronavirus pandemiyası və digər səbəblərə görə layihə təxirə salınmalı oldu. 2021-ci ildə layihənin keçirilib, keçirilməyəcəyi barədə hələki rəsmi açıqlama verilməyib. == Əsas məqsədi == Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək; Ən yaxşı milli internet resurslarımızın Azərbaycanda və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq; İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək; Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək. == Qiymətləndirmə meyarları == Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində aşağıdakı meyarları rəhbər tutulur: Məzmun (informasiya tutumu); Dizayn (vizual görünüş); Funksionallıq (naviqasiya funksiyaları).
Milli kimlik
== Milli kimlik (identiklik) nədir == Milli kimlik- milli düşüncəni, mədəniyyəti, dili, dini, tarix, vətəndaşlıq, vətənpərvərlik, milli ideya, milliyətçilik anlayışlarını özündə ehtiva edir. Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasım dərk etməsi və duyması, həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Milli identikliyin formalaşmasını araşdırmaq üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır. Milli identikliyin tərkibində üç bir-birindən ayrılmaz tərkib hissəni ayırmaq olar: 1) koqnitiv, 2) affektiv, 3) davranış. Koqnitiv komponent fərdin dövlətlə bağlılığı, əlaqəsi haqqında təssəwürləri, bilikləri təmin edir. Bu təsəvvürlərin, biliklərin düzgün qavranılması və mənimsənilməsi olduqca vacibdir. Bu prosesdəki hər hansı yanlışlıq sonradan məlumatların düzgün qiymətləndirilməsinə və şəxsiyyətin tamın üzvü hissəsi kimi özünüdərkinə mane olur. Belə olan halda nəticə etibari ilə ya şəxsiyyətin marginalığı, ya da milli identiklik kimi başa düşülən etnik identiklik hadisəsi ilə rastlaşırıq. Deməli, şəxsiyyətin adekvat davranış modelinin formalaşması mümkünsüz olur. Milli identikliyin ikinci struktur komponenti olan affektiv komponent şəxsin öz dövlətinə olan duyğularından, emosiya və hisslərindən ibarətdir.
Milli kitabxana
Milli ktabxana — hökumət tərəfindən xüsusi olaraq xüsusi qiymətli kitabların və informasiya daşıyıcıların saxlanılması üçün yaradılan saxlanğıc. Adi kitabxanalardan fərqli olaraq oxucuya evə kitab aparmağa icazə verilmir.
Milli komunizm
Milli komunizm və ya digər adı ilə Qaliyevizm — müxtəlif ölkələrdə müxtəlif liderlər tərəfindən qəbul edilən və tətbiq edilən kommunizm forması. Hər bir müstəqil dövlətdə, imperiyada və ya müstəmləkədə sosial sinif ilə millət arasındakə əlaqənin müxtəlif xüsusiyyəti vardır. Ukraynalı kommunistlər olan Şaxray və Mazlax, sonradan müsəlman Sultan Qaliyev hesab edirdi ki, bolşevik Rusiyasının maraqları onların ölkələrinin maraqları ilə tərs düşür. Bunu 1945-ci ildən sonra müstəqil xarici siyasət izləməyə çalışmaqla Yuqoslaviyanın kommunist diktatoru İosip Broz Tito davam etdirmişdir. Karl Marksın və Fridrix Engelsin nəzərdə tutduğu kommunizmə görə internasional proletariya yüksək dərəcədə kosmopolitan olmalıdır. Ondan millətçilik yox, sinfi mübarizə gözlənilir. Bu ideologiyaya görə millətçilik proletariyanı bölmək və idarə etmək üçün burjuaziyanın əlində bir alətdir. Kommunizm XIX əsrin sonlarından 1920-ci ilə qədər çox güclü hərəkat formasında idi. Kommunizm keçmiş Rus imperiyasında qalib gəldikdən onilliklər sonra Soyuq müharibə başladı. Soyuq müharibə ardınca isə Qoşulmama hərəkatı (heç bir bloka qoşulmama nəzərdə tutulur) formalaşdı.
Milli liberalizm
Milli liberalizm liberalizmin variantıdır, bəzi (bir qədər, bir neçə) liberal siyasəti (polisi) ilə millətçiliyi birləşdirmək (kombinasiya edilmək), xüsusilə iqtisadi liberalizmə dair. Mühafizəkar liberalizm əksər Avropa ölkələrində siyasi siniflərin ideologiyası olanda, onun (bunun) kökləri XlX əsrdə tapılan (hesab edilən) olmaqdır onda (sonra) monarxiyalar ilə idarə edilən. Milli liberal partiyalar bu gün mövcuddur, daxil olmaqla inadla onun ölkədə üç ənənəvi ideoloji ailədən birini təmsil etdiyi Avstriyada. == Tarixi milli liberalizm == 19-cu əsrdə milli liberalizmdə Almaniya tərəfdarları onların Avropada daha (daha çox) avtoritar iştiraka (olmaya) və güclü German İmperiyaya inandıqları onda liberal millətçilərindən fərqləndi. Maks Veber kimi liberal millətçiləri başqa Avropa gücləri (hakimiyyətlər) ilə əməkdaşlıqda demokratik Almaniyaya tərəf baxırdı. 'Milli liberalizm' müddətindən (termini) 19-cu əsr ərzində Almaniya və Avstriya kimi Almanca danışan ölkələrdə əsasən istifadə edildi, harada ki "Milli Liberal" partiyalar (tərəflər) hökumətdə uzun idi. == Modern milli liberalizm == Avstriyada, milli liberalizm üç Lagerdən birinin və ya ideoloji düşərgələrin əsası qalmışdır, ölkədə. Tarixən, bu Azadlıq Tərəfi (Partiyası) ilə təmsil edilmişdir, ancaq onlara bu yaxınlarda qəlpə ilə, Avstriyanın Gələcəyi üçün İttifaq qoşulunmuşdurlar. Almaniyanın Azad (Ödənişsiz) Demokratik partiyası tərəfin (partiya) qalan hissəsinə daha çox eurosceptic vəziyyətini (mövqesini) keçirən (tutan) milli liberal fraksiyasına malik olmağa davam edir. Rusiyada 1990-cı illərdə, Boris Nemtsov milli liberalizmi qəbul etmək ilə Anatoly Chubais və Yegor Gaidar ilə ziddiyyət təşkil etdi: getdikcə daha çox siyasi baxımdam avtoritar hökumət ilə azad bazar islahatlarını birləşdirmək.
Milli simvollar
Milli simvollar (national characters) – bəzi kod cədvəllərində, məsələn, ISO-7 cədvəlində ölkədən asılı olaraq görünüşü dəyişilən simvollar. Məsələn, IBM meynfreymlərində $, # və @ milli simvollar adlanır, çünki ABŞ-dən kənarda onlar £, yaxud ¥ kimi simvollarla əvəz oluna bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cilli Kleyberq
Cilli Kleyberq ing. Jill Clayburgh; 30 aprel 1944[…], Nyu-York, Nyu-York ştatı – 5 noyabr 2010[…]) — ABŞ aktrisasıdır. == Həyatı == 5 noyabr 2010-cu ildə, 66 yaşında dünyasını dəyişib. O, 20 il idi xroniki limfoleykozdan əziyyət çəkirmiş. == Mükafatları == "Oskar", "Qızıl qlobus" kimi mükafatların laureatı idi.